GündəmSosial

Tərtərdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Tərtərdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı, rayon icra hakimiyyəti və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev, Tərtər Peşə məktəbinin direktoru Əli Babayev, məktəb diretorları, körpələr evi-uşaq bağcalarının müdirləri, əməkdar və gənc müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.
Təhsil işçiləri əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə onları təbrik edərək, şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar diləyib. Bildirib ki, artıq 6 ildir ki,müəllimlərimiz öz bayramlarını daha qürurla qeyd edirlər. Çünki artıq Vətənimiz olan Azərbaycanın bütün guşələrində üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Rayon rəhbəri öz çıxışında Ulu Öndərin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözlərini də dilə gətirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib. Onun təşəbbüsləri sayəsində təhsil işçilərinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olub.
Qeyd olunub ki,bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir.
Çıxışda ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov təhsil işçilərini 5 Oktyabrın Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək bildirdi ki, Müəllimlik dünyanın ən qədim və ən şərəfli peşələrindən biridir. Müəllim yalnız şagirdə bilik verən, dərs deyən insan deyil. Müəllim eyni zamanda gənc nəslin dünyagörüşünün, dünyaya münasibətinin, mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır. Hər bir insanın həyatında onun yolunu müəyyənləşdirən, ona düzgün istiqamət göstərən bir müəllimin xüsusi yeri vardır.
Eldar Əsədov bildirdi ki, YAP Tərtər rayon təşkilatı olaraq təhsil və gənclərlə bağlı məsələlərə xüsusi diqqət yetiririk. Çünki gənclərin ictimai fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin fəal üzvlərinə çevrilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.Tərtər rayonunda müəllimlərimiz bu istiqamətdə mühüm işlər həyata keçirirlər. Onlar şagirdlərə yalnız fənn bilikləri verməklə kifayətlənmir, eyni zamanda Vətənə, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq hissinin formalaşmasına öz töhfələrini verirlər.
Daha sonra çıxış edən Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova,Ələsgərli kənd tam orta məktəbin direktoru İnqilab Baxışov,Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Pərvanə Yusibova,Umudlu kənd tam orta məktəbinin müəllimi Qızbəs Hüseynova,Rəcəbli kənd tam orta məktəbinin müəllimi Könül Əliyeva,şəhər uşaq musiqi məktəbinin müəllimi Kərrar Bayramov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunur.
Tədbirin sonunda bir qrup müəllim rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.

Oxşar Xəbərlər

Back to top button