AnalitikaGündəmSiyasət

Azərbaycan diplomatiyasının genişlənən üfüqləri

Müasir dünyada dövlətlər arasında möhkəm əlaqələrinqurulması uzaq məsafələri yaxınlaşdıran, xalqları ortaqməqsədlər ətrafında birləşdirən mühüm amildir. Prezident İlham Əliyevin Kambocanın Baş naziri HunManet ilə görüşdən sonra mətbuata verdiyi bəyanatAzərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasınıngenişləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcılsiyasətin ifadəsidir. Oktyabrın 12-də baş tutan butəmas ölkəmizin Cənub-Şərqi Asiya dövlətləri iləmünasibətlərinin inkişafına xüsusi önəm verdiyini birdaha göstərib.

Dövlət başçısı bəyanatında Azərbaycanın Asiya iləAvropa arasında əlverişli coğrafi mövqeyinətoxunaraq, ölkəmizin nəqliyyat və bağlantıimkanlarının əhəmiyyətini ön plana çıxarıb. Bu mövqeAzərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə iştirakınıgenişləndirmək, yeni əməkdaşlıq istiqamətləriyaratmaq və müxtəlif regionları birləşdirən etibarlıtərəfdaş kimi mövqeyini gücləndirmək imkanlarınıartırır. Kamboca ilə nəqliyyat, rəqəmsal inkişaf vədigər sahələrdə əməkdaşlıq perspektivlərininmüzakirəsi də məhz bu strateji baxışın tərkib hissəsidir.

Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar mühümyer tutur. Prezident İlham Əliyevin bəyanatı bir dahatəsdiqləyir ki, ölkəmiz dünyanın müxtəlif bölgələrindəyerləşən dövlətlərlə münasibətləri inkişaf etdirməkləsülhə, sabitliyə və iqtisadi tərəqqiyə töhfə verməyəçalışır. Azərbaycan ilə Kamboca arasında əlaqələrinyeni istiqamətlər üzrə genişlənməsi də beynəlxalqəməkdaşlığın imkanlarını artıran və gələcəyəhesablanmış diplomatik addımdır.

Fəridə Hacıyeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button