Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Dezinfeksiya Mərkəzində müşavirə keçirilib

Oktyabrın 19-da “F.İbrahimbəyov küç. 21” ünvanı üzrə (Bakışəhər Dezinfeksiya Mərkəzi) ərazi partiya təşkilatı və“F.İbrahimbəyov küç. 21” ünvanı üzrə (“İnsan HüquqlarınınMüdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” QHT) ərazipartiya təşkilatının Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlımüşavirəsi keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Bakı şəhər Dezinfeksiya Mərkəzinin direktoru AkifMəmmədov, “İnsan Hüquqlarının Müdafiəsi və EkologiyanınQorunması Mərkəzi” İctimai Birliyinin sədri Elşən Ağayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiyatəşkilatlarının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Bakı şəhər Dezinfeksiya Mərkəzinindirektoru Akif Məmmədov iştirakçıları salamlayaraq diqqətəçatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayıölkəmizin dayanıqlı inkişaf dinamikasını müəyyən edən mühümdönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı əhalininprofilaktik-sanitar təhlükəsizliyinin təmin olunması, epidemioloji sabitliyin qorunması və səhiyyə infrastrukturlarınınsəmərəliliyinin artırılması istiqamətində tibb işçilərinin qarşısınamühüm vəzifələr qoyub. Mərkəz direktoru qeyd edib ki, Bakışəhər Dezinfeksiya Mərkəzinin kollektivi cənab Prezidentinrəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə hər zamansadiqdir və bundan sonra da həm ictimai sağlamlığınqorunmasında, həm də partiya ideayalarının təbliğində fəalmövqeyini sürdürəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövründə vətəndaşcəmiyyəti və səhiyyə strukturlarının qarşısında duran əsashədəflər barədə geniş və ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik xəttiniuzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazibütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan butarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursunvə sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir.B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər yerlərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının, o cümlədən QHT sektoru və səhiyyə xidmətləri sahəsində çalışan partiya fəallarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdə insan hüquqlarının müdafiəsi, ekoloji təhlükəsizlik və sanitariya-profilaktika sahəsində görülənişlər insan kapitalının qorunması və cəmiyyətin rifahı iləbilavasitə bağlıdır. QHT-lər və dövlət müəssisələri ideoloji işdəqarşılıqlı fəaliyyət yaradaraq cəmiyyətdə milli-mənəvidəyərlərin, dövlətçilik prinsiplərinin və vətənpərvərlik ruhununyüksəldilməsinə töhfə verməlidirlər. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Bakı şəhər Dezinfeksiya Mərkəzi və “İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi” QHT-nin ərazi partiya təşkilatları zəngin ictimai və peşəkar potensiala malikdir. YAP Yasamal rayontəşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyistrateji hədəflərin reallaşdırılması və partiya ideyalarının genişkütlələrə çatdırılması istiqamətində hər iki təşkilatın partiyafəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq devam etdirəcəkdir.
Çıxış edən “İnsan Hüquqlarının Müdafiəsi və EkologiyanınQorunması Mərkəzi” İctimai Birliyinin sədri Elşən Ağayevvətəndaş cəmiyyəti institutlarının ölkədə həyata keçirilən dövlətsiyasətinə dəstəyi, ekoloji və hüquqi maarifləndirmə sahəsindəkifəaliyyətlərindən söhbət açıb. E.Ağayev vurğulayıb ki, cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insanhüquqlarının etibarlı müdafiəsi, ətraf mühitin qorunması vəQHT-lərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. O, YeniAzərbaycan Partiyasının VIII Qurultayından irəli gələntapşırıqları fəaliyyət proqramı kimi qəbul edərək partiyaideallarının təbliğində və ictimai layihələrin icrasında fəal iştirakedəcəklərini bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.











