
Oktyabrın 19-da “C.Cabbarlı küç. 37” ünvanı üzrə (V.Y.Axundovadına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) ərazi partiyatəşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakınitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunundirektoru Adil Allahverdiyev, YAP Yasamal rayon təşkilatınınəməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundacanından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Müşavirədə çıxış edən V.Y.Axundov adına Elmi-Tədqiqat TibbiProfilaktika İnstitutunun direktoru Adil Allahverdiyev iştirakçılarısalamlayaraq rəhbərlik etdiyi elmi-müalicə müəssisəsində keçirilən bugörüşün böyük ictimai, elmi və ideoloji əhəmiyyətə malik olduğunuvurğulayıb. A.Allahverdiyev diqqətə çatdırıb ki, Yeni AzərbaycanPartiyasının VIII Qurultayı ölkəmizin inkişaf dinamikasını müəyyənedən strateji dönüş nöqtəsidir. Dövlət başçısı cənab İlham Əliyevinqurultaydakı konseptual nitqi tibbi profilaktika, yoluxucu xəstəliklərəqarşı mübarizə, əhalinin sağlamlığının etibarlı qorunması və tibbelminin müasir standartlara inteqrasiyası baxımından mühüm vəzifələrmüəyyən etmişdir. İnstitut direktoru qeyd edib ki, müəssisənin alim vəhəkim heyəti cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən səhiyyəislahatlarına hər zaman dəstək verir və bundan sonra da həm tibbiprofilaktika sahəsində innovativ tədqiqatların aparılmasında, həm dəpartiyanın ideoloji prinsiplərinin təbliğində var gücü ilə çalışacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar NəbiyevAzərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasınınsədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi vəproqram xarakterli nitqinin dərin ideoloji-siyasi mahiyyəti, postmüharibə dövrünün gətirdiyi yeni reallıqlar və elmi-tibbmüəssisələrinin qarşısında duran strateji hədəflər barədə geniş, ətraflıməruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli LiderHeydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığıgündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasisabitliyin təmin edilməsi və sosial-iqtisadi tərəqqinin əsashərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsiniuzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazibütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Əldə olunan butarixi qələbələr partiyamızın uzun illər ərzində yürütdüyü ardıcıl siyasikursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbulolunmuş qərarlar partiya strukturlarının, xüsusən də səhiyyə və elmi-tədqiqat ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarınınfəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdəbioloji təhlükəsizlik, epidemik nəzarət və profilaktik təbabət insankapitalının korlanmaması və milli təhlükəsizliyin təmin olunmasıbaxımından xüsusi çəkiyə malikdir. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun alimləri və mütəxəssisləriyalnız tibbi-elmi fəaliyyətləri ilə deyil, həm də yüksək vətənpərvərlikruhu, dövlətçilik təfəkkürü və partiya ideallarına sədaqətləri iləcəmiyyətə nümunə olmalıdırlar. YAP Yasamal rayon təşkilatının sədrivurğulayıb ki, institutun ərazi partiya təşkilatı zəngin intellektual vəelmi potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezidentİlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və rayonun sosial-siyasihəyatında fəallığın daha da yüksəldilməsi istiqamətində institutunpartiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Çıxış edən “C.Cabbarlı küç. 37” ünvanı üzrə ərazi partiya təşkilatınınsədri Fatma Hüseynova təşkilatın fəaliyyət istiqamətləri, elmi heyətinvə gənc mütəxəssislərin partiya həyatındakı fəallığı barədə məlumatverib. F.Hüseynova bildirib ki, cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə elmin, səhiyyənin inkişafına və tibb işçilərinəgöstərilən dövlət qayğısı kollektivi daha həvəslə çalışmağaruhlandırır. O, ərazi partiya təşkilatının YAP-ın VIII Qurultayındanirəli gələn tapşırıqları gündəlik fəaliyyətdə rəhbər tutaraq partiyaideyalarının geniş kütlələrə çatdırılmasında bundan sonra da önsıralarda olacağını bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.
















