
26–27 oktyabr 2026-cı il tarixlərində “Şəhərsalma vəMemarlıq İli” çərçivəsində, “Bakı-2026 – Dünyaİdman Paytaxtı” tədbirlər proqramına uyğun olaraq, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin6-cı ildönümünə həsr olunmuş qızlar arasında voleybolyarışı keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı ŞəhərGənclər və İdman İdarəsinin Yasamal rayonu üzrəGənclər və İdman sektorunun birgə təşkilatçılığı iləkeçirilən yarış 60 nömrəli tam orta ümumtəhsilməktəbində baş tutub.
İki gün davam edən gərgin və rəqabətli yarış yüksəkidman əzmi, komanda ruhu və maraqlı mübarizəşəraitində keçib. İştirakçılar yarış boyunca özbacarıqlarını, çevikliklərini, komanda ilə işləməkqabiliyyətlərini və qələbə əzmlərini nümayiş etdiriblər.
Yarışın keçirilməsində əsas məqsəd sağlam həyattərzini təşviq etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinətöhfə verməkdir.
Yarışın yekununda qalib komandanın üzvlərinəmüvafiq diplom və medallar təqdim olunub. Tədbiriştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.













