GündəmSosial

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müşavirə keçirilib

Oktyabrın 27-də “K.Kazımzadə küç. 118” ünvanı üzrə (Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu) ərazi partiyatəşkilatında Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlımüşavirə keçirilib.

 

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunundirektor vəzifəsini müvəqqəti icra edən, baş həkim XuramanBağırova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazipartiya təşkilatının üzvləri iştirak ediblər.

 

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Müşavirədə çıxış edən Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, baş həkimXuraman Bağırova tədbir iştirakçılarını salamlayaraqrespublikamızın ana və uşaq sağlığı üzrə aparıcı elmi-tədqiqatocaqlarından birində keçirilən bu görüşün böyük ictimai, elmivə ideoloji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. X.Bağırovavurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayıölkəmizin hərtərəfli inkişaf strategiyasında yeni keyfiyyətmərhələsini müəyyənləşdirib. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlunitqi ana və uşaq sağlığının etibarlı qorunması, perinatalxidmətin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərininmüasir səhiyyə standartlarına inteqrasiyası və yüksəkixtisaslıkadr potensialının gücləndirilməsi istiqamətində tibbkollektivinin qarşısına vacib vəzifələr qoyur. Baş həkim qeydedib ki, institutun elmi-tibbi heyəti cənab Prezidentin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə, xüsusənana və uşaqların sağlamlığına gösterdiyi böyük diqqət vəqayğıya cavab olaraq həm peşəkar fəaliyyətlərində, həm dəpartiyanın ideoloji prinsiplərinin təbliğində var gücü iləçalışmağa davam edəcəkdir.

 

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininideoloji-siyasi mahiyyəti, genofondumuzun və insan kapitalınınqorunması, postmüharibə dövründə səhiyyə elminin strateji roluvə ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflərbarədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənlikləsürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpaedərək regional və qlobal miqyasda qüdrətli dövlətəçevrilmişdir. Qazanılan bu tarixi qələbələr partiyamızınyürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaqnümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat və səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni dinamika tələb edir. Azərbaycan xalqının genofondunun qorunması, reproduktivsağlamlığın təmin olunması, körpə və ana ölümünün minimumaendirilməsi dövlətimizin sosial siyasətinin prioritetistiqamətlərindəndir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun alimləri, həkimləri və tibb heyəti təkcə müalicə-diaqnostika işində deyil, həm də cəmiyyətdə dövlətçilikideallarının, vətənpərvərlik ruhunun və partiya ideyalarınıngeniş yayılmasında fəal mövqe nümayiş etdirməlidirlər. Ərazipartiya təşkilatı gənc mütəxəssislərin və alimlərin partiyahəyatına daha sıx inteqrasiyası istiqamətində işini davamlıolaraq gücləndirməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ərazi partiya təşkilatı zəngin intellektual və elmi-tibbi potensiala malikdir. YAP Yasamalrayon təşkilatı cənab Prezident İlham Əliyevinmüəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiyasıralarının keyfiyyətcə zənginləşməsi istiqamətində institutunpartiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.

 

Çıxış edənlər Ərazi partiya təşkilatının sədri Ədalət Əliyev, sənədlərlə iş şöbəsinin müdiri Hicran Kazımova və Həmkarlarİttifaqının sədri Pərvin Adıgözəlova institutda aparılan elmi-tədqiqat işləri, tibbi xidmətlərin səmərəliliyinin artırılması, kadrpotesialının yüksəldilməsi və ərazi təşkilatının ictimai-ideolojifəaliyyəti barədə məlumat veriblər. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezidentMehriban xanım Əliyevanın səhiyyə sistemininmodernləşdirilməsinə və tibb işçilərinə göstərdiyi diqqət vəqayğı kollektivi yeni elmi və peşəkar uğurlara ruhlandırır. OnlarYAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlikfəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideallarınıntəbliğində ön sıralarda olacaqlarını bəyan ediblər.

 

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button