
Azərbaycanın xarici siyasətinin fundamental istiqamətlərindən biri dövlət suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində qorunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün beynəlxalq tərəfdaşları ilə münasibətlərində bu prinsiplərin əhəmiyyətini ardıcıl şəkildə vurğulayır. Azərbaycanın milli maraqlarına əsaslanan bu mövqe dövlətlərarası münasibətlərin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
Böyük Britaniya ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqlik xüsusi olaraq təsdiqlənir. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin vurğulanması mühüm siyasi əhəmiyyətə malikdir.
Bu müddəalar dövlətlərin qarşılıqlı münasibətlərində hüquqi normaların əsas götürülməsinin vacibliyini bir daha göstərir. Beynəlxalq hüquqa hörmət yalnız siyasi bəyanat deyil, həm də regional sabitliyin və dövlətlərarası etimadın təmin olunması üçün zəruri şərtdir. Azərbaycan bu yanaşmanın beynəlxalq münasibətlər sistemində möhkəmlənməsində maraqlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində nümayiş etdirdiyi qətiyyətli mövqe ölkəmizin müstəqil dövlət kimi siyasi iradəsini əks etdirir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərini bu prinsiplər əsasında qurması milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Birgə Bəyannamədə suverenlik və ərazi bütövlüyü prinsiplərinin təsdiqlənməsi Azərbaycan–Böyük Britaniya münasibətlərinin hüquqi əsaslarını gücləndirən mühüm amildir. Bu yanaşma regionda davamlı sülhün, qarşılıqlı etimadın və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini


