Gündəm

Xarici investisiyaların cəlb olunması Azərbaycanın iqtisadi inkişaf prioriteti kimi

Xarici investisiyalar müasir iqtisadiyyatların inkişafında, yeni texnologiyaların tətbiqində və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. İnvestisiya mühitinin yaxşılaşdırılması ölkələrin beynəlxalq iqtisadi əlaqələrini genişləndirir və yeni istehsal imkanlarının yaranmasına şərait yaradır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiya cəlbediciliyinin artırılmasını və iqtisadiyyatın şaxələndirilməsini əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Böyük Britaniya ilə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində investisiya əlaqələrinin genişləndirilməsi mühüm prioritet kimi göstərilir. Sənəddə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının yaradılması, prioritet iqtisadi sahələrdə bilik mübadiləsinin aparılması və bizneslərarası əlaqələrin təşviq edilməsi nəzərdə tutulur.

Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində əməkdaşlıq imkanlarının geniş olması diqqət çəkir. Bu istiqamətlərə investisiyaların cəlb edilməsi iqtisadi fəaliyyətin yeni sahələrinin inkişafına, müasir texnologiyaların tətbiqinə və ixtisaslı iş yerlərinin yaradılmasına dəstək verə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına, sahibkarlığın dəstəklənməsinə və beynəlxalq investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu məqsədlərin reallaşdırılması üçün yeni dialoq və əməkdaşlıq imkanları yaradır.

İnvestisiya əməkdaşlığının uğurlu inkişafı qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsindən, hüquqi və institusional mexanizmlərin səmərəli fəaliyyətindən asılıdır. Birgə Bəyannamə bu sahədə tərəflərin uzunmüddətli niyyətlərini təsdiqləməklə Azərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verə bilər.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button