Prezident İlham Əliyevin sülh gündəliyi və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması
Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsi regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yeni siyasi reallıqların formalaşması və dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında tənzimlənməsi istiqamətində öz mövqeyini ortaya qoyur. Sülh gündəliyi Azərbaycanın regional təhlükəsizliyə və iqtisadi əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Azərbaycan–Böyük Britaniya Strateji Tərəfdaşlıq Bəyannaməsində 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır. Həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Bu müddəalar regionda sülhün möhkəmləndirilməsinin beynəlxalq tərəfdaşlar üçün də mühüm prioritet olduğunu göstərir.
Sənəddə Böyük Britaniyanın iki ölkənin ikitərəfli dialoq yolu ilə davamlı sülhə nail olmaq səylərinə dəstəyinin təsdiqlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu dəstək regionda siyasi dialoqun davam etdirilməsi, etimad mühitinin formalaşdırılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından müsbət yanaşmadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasını uzunmüddətli inkişafın vacib şərti kimi qiymətləndirir. Davamlı sülh nəqliyyat əlaqələrinin bərpası, ticarətin genişlənməsi, investisiyaların cəlb edilməsi və xalqlar arasında qarşılıqlı münasibətlərin inkişafı üçün yeni imkanlar yarada bilər.
Azərbaycan–Böyük Britaniya Bəyannaməsində sülh gündəliyinə verilən önəm ölkəmizin regional məsələlərdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət regionun gələcəyinin qarşıdurma deyil, sabitlik, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıq prinsipləri üzərində qurulmasına yönəlib.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri


