AnalitikaDünyaGündəmSiyasət

Ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi

Beynəlxalq ticarət əlaqələrinin inkişafı ölkələrin iqtisadi potensialının artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətlər arasında ticarətin artması biznes mühitinin canlanmasına, istehsalın genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsini iqtisadi inkişaf siyasətinin əsas istiqamətlərindən biri hesab edir.

Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Birgə Bəyannamədə ikitərəfli ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi ortaq məqsəd kimi müəyyənləşdirilib. Sənəddə açıq ticarətin, iqtisadi artımın və kommersiya tərəfdaşlıqlarının uzunmüddətli sabitlik və rifah üçün əhəmiyyəti xüsusi vurğulanır.

Ticarət əlaqələrinin genişləndirilməsi üçün bizneslərarası münasibətlərin inkişafı, qarşılıqlı bazar imkanlarının öyrənilməsi və müvafiq institusional mexanizmlərin fəaliyyətinin gücləndirilməsi vacibdir. Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi bu baxımdan diqqətəlayiqdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının beynəlxalq bazarlara inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə önəm verir. Böyük Britaniya ilə ticarət əməkdaşlığının dərinləşdirilməsi bu istiqamətlərdə yeni imkanların araşdırılmasına şərait yarada bilər.

İki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi iqtisadi münasibətlərin daha dayanıqlı və çoxşaxəli xarakter almasına xidmət edəcək. Strateji Tərəfdaşlıq Bəyannaməsi bu sahədə qarşılıqlı fəaliyyətin inkişafı üçün mühüm siyasi çərçivə yaradır.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button