AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Avropa ilə münasibətlərində Böyük Britaniyanın yeri

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin inkişafı mühüm istiqamətlərdən biridir. Avropa ilə siyasi, iqtisadi, enerji və humanitar əlaqələrin genişləndirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müxtəlif Avropa tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu istiqamətdə mühüm hadisədir. Sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış münasibətlərin daha geniş sahələri əhatə etməsini və gələcək əməkdaşlığın strateji çərçivəsinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Bəyannamədə enerji, investisiya, ticarət, nəqliyyat, təhsil, elm və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarının əks olunması Azərbaycanın Avropa ilə əlaqələrinin çoxşaxəli xarakterini göstərir. Bu istiqamətlərdə qarşılıqlı fəaliyyət ölkəmizin iqtisadi və siyasi əlaqələrinin inkişafına əlavə töhfə verə bilər.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələrini milli maraqlar əsasında inkişaf etdirməyə yönəlib. Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu yanaşmanın mühüm nümunəsidir və Azərbaycanın Avropa istiqamətində diplomatik imkanlarını genişləndirir.

Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin inkişafı regional əməkdaşlığın və beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsinə də xidmət edir. Böyük Britaniya ilə yeni strateji çərçivə bu prosesdə mühüm əhəmiyyət daşıyan istiqamətlərdən biridir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button