
Dövlətlər arasında dostluq münasibətlərinin səmimiliyi yalnız uğurlu əməkdaşlıqlayihələrində deyil, çətin və mürəkkəb anlarda göstərilən qarşılıqlı dəstəkdə dəözünü büruzə verir. Azərbaycan və Vyetnam arasında formalaşmış münasibətlər bubaxımdan humanizm, həmrəylik və qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinəverdiyi müsahibədə iki ölkənin çətin vəziyyətlərdə bir-birinə göstərdiyi dəstəyətoxunması dövlətlərarası münasibətlərin insani tərəfini ön plana çıxarmışdır.
Vyetnam son illərdə təbii fəlakətlərin yaratdığı ciddi problemlərlə üzləşmişdir. Xüsusilə 2024-cü ildə Yagi tayfununun törətdiyi dağıntılar ölkənin müxtəlifbölgələrində böyük zərərə səbəb olmuşdur. 2025-ci ildə baş verən güclü daşqınlarda yaşayış məntəqələrinə, infrastruktura və insanların gündəlik həyatına mənfi təsirgöstərmişdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın bu hadisələrinnəticələrinin aradan qaldırılmasına kömək məqsədilə Vyetnama maliyyə yardımıgöstərdiyini bildirmişdir. Bu dəstək ölkələr arasında mövcud olan dostluqmünasibətlərinin konkret humanitar addımlarla müşayiət olunduğunu göstərir.
Humanitar həmrəylik Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə diqqətyetirdiyi mühüm istiqamətlərdən biridir. Təbii fəlakətlər, sosial çətinliklər vəfövqəladə vəziyyətlər zamanı digər dövlətlərə dəstək göstərilməsi beynəlxalqəməkdaşlığın humanist mahiyyətini ortaya qoyur. Azərbaycan və Vyetnamarasında bu sahədə həyata keçirilən təşəbbüslər qarşılıqlı etimadınmöhkəmlənməsinə, xalqlar arasında mənəvi yaxınlığın artmasına və ikitərəfliəlaqələrin daha geniş məzmun qazanmasına xidmət edir. Bu cür addımlardövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarlaməhdudlaşmadığını nümayiş etdirir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Vyetnam dostluğunun humanitar istiqamətinin də xüsusi əhəmiyyət daşıdığınıgöstərir. Çətin günlərdə nümayiş etdirilən həmrəylik xalqların yaddaşında uzunmüddət yaşayır və gələcək əməkdaşlıq üçün etibarlı mənəvi zəmin yaradır. Humanizm, qarşılıqlı yardım və dostluq prinsiplərinə əsaslanan münasibətlərdövlətlər arasında əlaqələrin davamlılığını təmin edən vacib amillərdəndir. Azərbaycan-Vyetnam münasibətlərində bu dəyərlərin qorunması və inkişafetdirilməsi gələcək əməkdaşlığın da mühüm istiqamətlərindən biri olaraq qalır.
Orxan Cəfərov,
YAP Xəzər rayon təşkilatının fəalı

