
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyininmöhkəmləndirilməsi, yeni tərəfdaşların qazanılması və müxtəlif regionlarlaqarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi xarici siyasətin mühümistiqamətlərindəndir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə VyetnamXəbər Agentliyinə verdiyi müsahibə bu siyasətin Cənub-Şərqi Asiyaistiqamətindəki prioritetlərini əks etdirən mühüm siyasi açıqlamadır. Dövlət başçısıqarşıdakı rəsmi səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına yeni təkan verəcəyinə və tərəfdaşlığın daha konkret layihələrlə zənginləşəcəyinəəminliyini ifadə etmişdir.
Müsahibədə Azərbaycan və Vyetnamın müxtəlif regionlarda mühüm iqtisadi vəgeosiyasi imkanlara malik dövlətlər olduğu vurğulanmışdır. Vyetnam Cənub-ŞərqiAsiyada dinamik inkişaf edən ölkə kimi geniş iqtisadi potensiala sahibdir. Azərbaycan isə Cənubi Qafqazda mühüm nəqliyyat, logistika və enerji mərkəzikimi çıxış edir. Bu imkanların birləşdirilməsi yeni bazarlara çıxış, investisiyalayihələrinin həyata keçirilməsi və qarşılıqlı ticarətin genişləndirilməsi üçünəlverişli şərait yarada bilər. Dövlət başçısının fikirlərində iki ölkənin iqtisadipotensialından birgə istifadə olunmasının əhəmiyyəti xüsusi yer tutur.
Gələcək əməkdaşlığın əsas istiqamətləri enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyatvə logistika sahələrini əhatə edir. SOCAR və PetroVietnam arasında əməkdaşlığıninkişaf etdirilməsi, Vyetnam şirkətlərinin Azərbaycanda investisiya layihələrindəiştirakı və Orta Dəhliz vasitəsilə yükdaşımaların genişləndirilməsi bu tərəfdaşlığınpraktiki istiqamətlərini müəyyənləşdirir. Bununla yanaşı, təhsil, elm, mədəniyyətvə humanitar sahələrdə mövcud əlaqələrin daha da dərinləşdirilməsi xalqlararasında dostluğun möhkəmlənməsinə xidmət edir. Beləliklə, əməkdaşlıq yalnıziqtisadi maraqlarla məhdudlaşmır, müxtəlif sahələri əhatə edən çoxşaxəlimünasibətlər sisteminə çevrilir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəAzərbaycan diplomatiyasının prioritetlərini, ölkəmizin beynəlxalq tərəfdaşlığayanaşmasını və Vyetnamla münasibətlərin gələcək inkişaf istiqamətlərini əksetdirir. Tarixi dostluq ənənələri üzərində qurulan bu münasibətlərin yeni layihələr, qarşılıqlı səfərlər və konkret əməkdaşlıq təşəbbüsləri ilə zənginləşdirilməsi üçünimkanlar mövcuddur. Dövlət başçısının müsahibədə ifadə etdiyi mövqe iki ölkəarasında qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın inkişafına verilən əhəmiyyətigöstərir. Azərbaycan və Vyetnam arasında əməkdaşlığın gələcək mərhələsi siyasidialoqun, iqtisadi əlaqələrin və humanitar münasibətlərin paralel inkişafı iləxarakterizə oluna bilər.
Zakir Fərəcov,
YAP Xəzər rayon təşkilatının fəalı

