20 Oktyabr – Zəngilan Şəhəri Günüdür!

Zəngilan Şəhəri Günü xalqımızın tarixi yaddaşını, milli qürurunu və torpaqlarımıza bağlılığını əks etdirən əlamətdar günlərdən biridir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin mühüm səhifələrindən biri oldu.
Zəngilanın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin, uzaqgörən siyasətinin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının parlaq təcəssümüdür. Cənab İlham Əliyevin siyasi iradəsi, dəqiq strateji qərarları və xalqımızı vahid məqsəd ətrafında birləşdirən liderliyi tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadı. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun göstərdiyi şücaət Azərbaycan xalqının iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Zəngilan özünün yeni inkişaf mərhələsini yaşayır. Bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdışın real təzahürüdür. Zəngilanın dirçəlişi dövlətimizin gücünün, xalqımızın iradəsinin və tarixi ədalətin təntənəsinin bariz nümunəsidir.
Bu əlamətdar gün münasibətilə bütün xalqımızı, xüsusilə zəngilanlıları ürəkdən təbrik edir, doğma yurdlarında firavan həyat, əmin-amanlıq və davamlı inkişaf arzulayıram.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



