
Azərbaycan tarixi günlərini yaşayır, 6 il öncə Şərəfli yolumuzun davamı ilə Qubadlı rayonu işğaldan azad edildi.Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edərək xalqımıza böyük qələbə sevinci yaşatdı. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri oldu. Qubadlının azadlığı Azərbaycan əsgərinin qəhrəmanlığının, rəşadətinin, Vətən sevgisinin və yüksək döyüş əzminin parlaq təcəssümüdür. Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi bu Zəfərin əsasını təşkil edir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə Azərbaycan xalqının milli iradəsini və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Qubadlının azadlığı təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası və milli qürurumuzun təntənəsidir. Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan sakinlərin həyatının yenidən canlanması Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın gücünü, inkişafını və gələcəyə inamını əks etdirir. Biz gənclər olaraq Qubadlının azadlığı ilə nəticələnən tarixi Zəfərimizi daim qorumalı, şəhidlərimizin əziz xatirəsini yaşatmalı və dövlətimizin inkişafına öz töhfəmizi verməliyik. Bu şanlı tarix gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və mübarizə əzminin nümunəsidir.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Müstəqil Azərbaycan!
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci



