GündəmSosial

Yasamal rayonunda “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı tədbir keçirilib

Noyabrın 18-də YAP Yasamal rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıqİli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünəhəsr olunmuş “Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli inkişaf yolu” adlı tədbirkeçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarəHeyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan PartiyasıMərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyasıİdarə Heyətinin üzvü Əfsun Sucayev, Yeni Azərbaycan Partiyası MərkəziAparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, İnformasiyatexnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, YeniAzərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Partiyanın qızıl fondununnümayəndəsi, məşhur “91-lər”dən Şahlar Əsgərov, Veteranlar Şurasının üzvü ArifQaraşov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müaviniVüqar Kərimov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AzərbaycanMemarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, AzərbaycanMilli Konservatoriyasının rektoru Kamilə Dadaş-Zadə, Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, BakıBiznes Universitetinin rektoru İbad Abbasov, “Bakı Metropoliteni” QapalıSəhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov, 44 günlük Vətənmüharibəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı NurlanMustafayevin anası, “Hüseyn Cavid 33A” ünvanı üzrə ərazi partiya təşkilatınınsədr müavini Rahilə Ramazanova, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat prospekti 40” ünvanı üzrə ərazi partiyatəşkilatının sədri Qəzənfər Ağayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov,  Milli Onkologiya Mərkəzinin başhəkimi Azad Kərimli, Yasamal Rayon Ağsaqqalar Şurasının sədri Fuad Məmmədov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsininsədri Sənan Həsənov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon üzrəhüquq-mühafizə orqanlarının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrlərivə sədr müavinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin rəsmi hissəsindən əvvəl Fəxri xiyabanda müasir, müstəqil Azərbaycandövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Ulu Öndər HeydərƏliyevin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsidərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi vəərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsrolunmuş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevqeyd edib ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, tarixi nailiyyətlər qazanaraqqüdrətli dövlətə çevrilməsi Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətlə bilavasitə bağlıdır. O bildirib ki, müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb proseslərdənuğurla çıxması lider amili, qətiyyətli siyasət və xalq-lider birliyi sayəsindəmümkün olub. Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və xalqın ictimaitələbindən yaranmasını vurğulayan Bəxtiyar Nəbiyev bu gün Prezident, PartiyanınSədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni tarixi nailiyyətlərqazandığını diqqətə çatdırıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslıbərpa və quruculuq işlərində Heydər Əliyev Fondunun, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanınrəhbərliyi ilə həyata keçirilən humanitar, sosial və mədəni layihələrin mühüm roluqeyd olunub. Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Partiyanın gələcək inkişaf istiqamətlərinin və strateji vəzifələrininmüəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışıdövlətçilik siyasətində Partiyanın rolunu və qarşıda duran vəzifələri aydın şəkildəmüəyyənləşdirib. Dövlət başçısının Partiyaya verdiyi yüksək qiymət və onuncəmiyyətin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətinə xüsusi önəm göstərməsi hər birpartiya üzvünün məsuliyyətini daha da artırır. O vurğulayıb ki, YAP Yasamal rayon təşkilatı da bu məsuliyyətdən irəli gələrək partiya üzvlərinin fəallığının artırılması, gənclərin siyasi proseslərə cəlb olunması və dövlət siyasətinin təbliği istiqamətindəardıcıl fəaliyyət göstərir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev Yeni AzərbaycanPartiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarınıtəbrik edib, hər kəsə uğurlar, ölkəmizə davamlı inkişaf və tərəqqi arzulayıb. Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AzərbaycanRespublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan tarixindəmühüm siyasi hadisə olduğunu bildirib. Qeyd olunub ki, 34 il əvvəl zamanın tələbiilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təminolunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyivə müdrik rəhbərliyi nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddətdəümumxalq partiyasına çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi iləYeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır və müasirAzərbaycanın qarşısında duran strateji hədəflərin reallaşdırılmasına öz töhfəsiniverir. Bahar Muradova qadınların və gənclərin ictimai-siyasi proseslərdə iştirakınıngenişləndirilməsinin, onların dövlət idarəçiliyində və cəmiyyət həyatındafəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qadınların ictimai-siyasi proseslərdə aktiv olması, gənclərin potensialının üzə çıxarılması və onlarıntəşəbbüslərinin dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Eynizamanda, ailə institutunun qorunması, uşaqların hüquqlarının təmin edilməsi vəsağlam sosial mühitin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətinətoxunub. O, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə həyata keçirdiyifəaliyyətin cəmiyyətin inkişafına və milli həmrəyliyin güclənməsinə xidmətetdiyini bildirib. Çıxışının sonunda Bahar Muradova Yeni Azərbaycan Partiyasınınyaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb   44 günlük Vətən müharibəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrinkapitanı Nurlan Mustafayevin anası, “Hüseyn Cavid 33A” ünvanı üzrə ərazipartiya təşkilatının sədr müavini Rahilə Ramazanova, Yeni AzərbaycanPartiyasının yaradılmasının 34-cü ildönümü ilə bağlı qeyd edib ki, Ulu ÖndərHeydər Əliyevin rəhbərliyi ilə yaradılan Partiya ötən 34 il ərzində Azərbaycanındövlətçilik tarixində mühüm rol oynayıb, milli birlik və həmrəyliyinmöhkəmlənməsinə xidmət edib. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevinrəhbərliyi ilə Partiyanın həyata keçirdiyi fəaliyyət ölkəmizin inkişafına, tarixiZəfərlərimizin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin davametdirilməsinə töhfə verir. Rahilə Ramazanova şəhid ailələrinə göstərilən dövlətqayğısından danışıb. O bildirib ki, Azərbaycan xalqı öz şəhidlərinin qəhrəmanlığınıheç zaman unutmur və onların əziz xatirəsini daim uca tutur. Şəhid ailələrininsosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin diqqətdə saxlanılmasıdövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə vəmüharibə iştirakçılarına göstərdikləri diqqət və qayğı ailələr tərəfindən böyükminnətdarlıq hissi ilə qarşılanır. Bu qayğı şəhid ailələri üçün mənəvi dayaqolmaqla yanaşı, dövlətin öz qəhrəman övladlarına və onların ailələrinə verdiyiyüksək dəyərin ifadəsidir. Rahilə Ramazanova qeyd edib ki, Vətən uğrundacanından keçən şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət göstərməkhər birimizin mənəvi borcudur. O, Yeni Azərbaycan Partiyasının rayon təşkilatınınfəaliyyətində şəhid ailələrinin daim diqqətdə saxlanılmasını təqdirəlayiq hal kimiqiymətləndirib. Çıxışının sonunda Rahilə Ramazanova Yeni AzərbaycanPartiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarınıtəbrik edib, bütün partiya üzvlərinə uğurlar arzulayıb.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat prospekti 40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri QəzənfərAğayev çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolundan vəölkəmizin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O bildirib ki, Ulu ÖndərHeydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 ilərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli birliyin vədövlətçilik ənənələrinin qorunmasına mühüm töhfələr verib. Bu gün Prezidentİlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına vədövlət siyasətinin həyata keçirilməsinə fəal dəstək göstərir. Daha sonra Vətənmüharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və qazanılmıştarixi Zəfərin əhəmiyyətindən bəhs edən Qəzənfər Ağayev bildirib ki, 44 günlükVətən müharibəsi xalqımızın milli birliyini, ordumuzun gücünü və dövlətimizinqətiyyətini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyününvə suverenliyinin tam bərpa olunmasına aparan yolun əsasını təşkil edib. Qeydolunub ki, bu Zəfərin qazanılmasında Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, fədakarlığı və Vətənə sonsuz bağlılığı həlledici rol oynayıb. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlı üçünböyük qürur mənbəyidir. Qəzənfər Ağayev dövlətin şəhid ailələrinə, qazilərə vəmüharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərəkgənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli dəyərlərə və dövlətçilikənənələrinə sədaqət ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Çıxışınınsonunda Qəzənfər Ağayev Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov YeniAzərbaycan Partiyasının 34 illik fəaliyyətinin Azərbaycanın müasir dövlətçiliktarixində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər HeydərƏliyevin siyasi iradəsi və rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasıölkəmizin mürəkkəb tarixi mərhələsində milli həmrəyliyin təmin olunmasına, dövlətçiliyin qorunmasına və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinəmühüm töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanbütün sahələrdə dinamik inkişaf edir, beynəlxalq mövqelərini möhkəmləndirir vəyeni strateji hədəflərə doğru inamla irəliləyir. Elşad Həsənov vurğulayıb ki, əldəolunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının və onun çoxsaylı üzvlərininfəal ictimai-siyasi mövqeyi də mühüm rol oynayır. O, Yeni AzərbaycanPartiyasının 34 illik inkişaf yolunun ölkəmizin siyasi, sosial və iqtisadi tərəqqisininmühüm mərhələləri ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu ÖndərHeydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni tarixi reallıqlaryaratmasına imkan verib. Elşad Həsənov Yasamal rayonunda dövlət siyasətininhəyata keçirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması və ictimai təşəbbüslərindəstəklənməsi istiqamətində görülən işlərdən bəhs edib. Rayon İcra Hakimiyyətiilə YAP Yasamal rayon təşkilatı arasında mövcud olan səmərəli əməkdaşlığın birgəfəaliyyətin nəticələrinə müsbət təsir göstərdiyini bildirib. O, rayonun ictimai-siyasihəyatında fəal iştirak edən partiya üzvlərinin və ərazi partiya təşkilatlarınınfəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığın bundan sonra da davametdirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışının sonunda Elşad Həsənov YeniAzərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə tədbiriştirakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasına və onun üzvlərinə gələcəkfəaliyyətlərində uğurlar arzulayıb. Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümümünasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrupşəxs fəxri fərman, təşəkkürnamə və hədiyyələrlə təltif olunub. Təltif mərasimindən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbirə Azərbaycan Milli Konservatoriyasının və 4 nömrəli Uşaq-Gənclər İnkişafMərkəzinin təqdimatında bədii hissə ilə yekun vurulub.

 

Oxşar Xəbərlər

Back to top button