AnalitikaGündəmSiyasət

9 Noyabr – Dövlət Bayrağı Günü: Milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzi

Azərbaycanın Dövlət Bayrağı sadəcə üç rəngdən ibarət bir rəmz deyil. O, xalqımızın tarixi yaddaşını, milli kimliyini, azadlıq arzusunu və müstəqil dövlət qurmaq əzmini özündə birləşdirən müqəddəs dəyərdir. Hər il 9 Noyabr tarixində qeyd etdiyimiz Dövlət Bayrağı Günü bizi bu dəyərlərin ətrafında bir daha birləşdirir.

Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri xalqımızın milli düşüncəsini, müasirlik istəyini və mənəvi köklərini ifadə edir. Mərkəzindəki aypara və səkkizguşəli ulduz isə dövlətçilik tariximizin ayrılmaz simvollarındandır. Bu üçrəngli bayraq Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi iradənin tarixi ifadəsidir.

Bu gün üçrəngli bayrağımızın ucaldığı hər bir məkan dövlətimizin suverenliyinin, siyasi müstəqilliyinin və milli birliyinin göstəricisidir. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması milli qürurumuzun yeni və möhtəşəm səhifəsinə çevrilmişdir.

Bu bayraq uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayır. Onların qəhrəmanlığı üçrəngli bayrağımızın hər bir rənginə, hər dalğalanışına daha böyük məna verir.

Dövlət bayrağına hörmət yalnız onu yüksəklikdə dalğalandırmaq deyil, həm də onun təmsil etdiyi dövlətə, milli maraqlara və müstəqilliyə sədaqət göstərməkdir. Hər bir vətəndaşın borcu bu müqəddəs dəyəri qorumaq və gələcək nəsillərə eyni qürurla ötürməkdir.

Bayrağımız daim ucalarda dalğalansın! Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, qüdrətinin və əbədi dövlətçilik iradəsinin rəmzi olaraq hər zaman zirvələrdə olsun!

Səbinə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button