
Hər bir xalqın tarixində onun azadlığını, müstəqilliyini və milli kimliyini ifadə edən rəmzlər xüsusi yer tutur. Azərbaycan xalqının ən müqəddəs rəmzlərindən biri də üçrəngli Dövlət Bayrağıdır. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın öz tarixinə, dövlətinə və milli dəyərlərinə bağlılığını nümayiş etdirən əlamətdar gündür.
Üçrəngli bayrağımızın qəbul edilməsi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm dövlətçilik addımlarından biri olmuşdur. Həmin dövrdə Azərbaycan xalqı müstəqil dövlət qurmaqla öz siyasi iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Bayrağımız da bu iradənin və milli istiqlal düşüncəsinin rəmzinə çevrilmişdir.
Sovet hakimiyyəti dövründə bayrağımızın rəsmi istifadəsi dayandırılsa da, onun ideyası xalqımızın yaddaşında yaşamaqda davam etmişdir. Ulu Öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda göstərdiyi siyasi qətiyyət nəticəsində üçrəngli bayrağımız yenidən ucaldılmışdır. Bu hadisə müstəqillik tariximizin mühüm dönüş nöqtələrindən biri olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənmiş, milli rəmzlərimizə hörmət və ehtiram dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf etmişdir. 2009-cu ildə 9 Noyabrın Dövlət Bayrağı Günü elan edilməsi bu münasibətin bariz nümunəsidir.
Dövlət Bayrağı Günü hər bir vətəndaşa Vətən qarşısında məsuliyyətini xatırladır. Bayrağımıza hörmət etmək dövlətimizə, tariximizə və xalqımıza hörmət etmək deməkdir. Üçrəngli bayrağımız daim ucalarda dalğalanmalı, onun ifadə etdiyi azadlıq və müstəqillik idealları gələcək nəsillərə ötürülməlidir.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

