
Türkiyə təmsilçiləri “Beşiktaş” və “Trabzonspor” bu axşam UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaqlar.
Aktualinfo Media Qrup Oxu.Az-a istinadən xəbər verir ki, “Beşiktaş” doğma meydanda Litvanın “Kauno Jalqiris” klubunu, “Trabzonspor” isə evdə Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edəcək.
İstanbulda yerləşən “Tüpraş” stadionunda keçiriləcək “Beşiktaş” – “Kauno Jalqiris” və “Şenol Güneş Spor Kompleksində” keçiriləcək “Trabzonspor” – “Ferentsvaroş” matçının hər ikisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, hər iki cütün cavab qarşılaşmaları avqustun 27-də keçiriləcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
20 avqust
Saat 21:00, “Beşiktaş” – “Kauno Jalqiris”;
Saat 21:00, “Trabzonspor” – “Ferentsvaroş”.



