AnalitikaGündəmSiyasət

Azərbaycan – Mərkəzi Asiya: regional tərəfdaşlığın yeni imkanları

Müasir dünyada dövlətlərarası əməkdaşlığınəhəmiyyəti yalnız siyasi münasibətlərlə deyil, iqtisadiəlaqələrin dərinliyi, nəqliyyat imkanlarının genişliyi, enerji təhlükəsizliyi və birgə layihələrin real nəticələri iləölçülür. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiyaölkələri arasında əlaqələrin genişlənməsi Avrasiyaməkanında yeni iqtisadi imkanların yaranması üçünmühüm zəmin formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 8-də TürkmənistanınTürkmənbaşı şəhərində keçirilən Azərbaycan və MərkəziAsiya Dövlət Rəhbərlərinin 8-ci Məşvərət görüşündəkiçıxışı bu əməkdaşlığın əsas istiqamətlərini aydın şəkildəortaya qoydu. Dövlət başçısı siyasi dialoqunmöhkəmləndirilməsi ilə yanaşı, ticarət və investisiyalarınartırılması, nəqliyyat marşrutlarının inkişafı, enerjiresurslarının tranziti və yaşıl enerji sahəsində birgəfəaliyyət məsələlərinə diqqət yetirdi.

Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi AsiyaDövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzvqəbul edilməsi regional əməkdaşlığın inkişafındaəlamətdar hadisədir. Prezident İlham Əliyev çıxışında buqərarı dəstəkləyən dövlət başçılarına təşəkkürünü bildirdivə Türkmənistanın bu prosesdəki rolunu xüsusi qeydetdi. Azərbaycanın formata qoşulması Xəzərin ikisahilində yerləşən ölkələr arasında siyasiməsləhətləşmələrin və ortaq iqtisadi təşəbbüslərin dahasistemli şəkildə inkişafı üçün imkanlar yaradır.

Prezidentin çıxışında diqqət çəkən məqamlardan biriiqtisadi əlaqələrin keyfiyyətcə yeni səviyyəyəqaldırılması çağırışı idi. Cənab Prezident bildirdi ki, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri iləticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmindövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyətgöstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan vəQırğızıstanla birgə investisiya fondları da yaradıb.

Bu göstəricilər əməkdaşlığın genişlənməsi üçünmövcud potensialı göstərsə də, növbəti mərhələdə əsasməqsəd təkcə ticarət həcmini artırmaq olmamalıdır. Birgə investisiyaların istehsal müəssisələrininyaradılmasına və xarici bazarlara birgə çıxışayönəldilməsi daha dayanıqlı iqtisadi əlaqələrformalaşdıra bilər.

Nəqliyyat və logistika əməkdaşlığı AzərbaycanlaMərkəzi Asiyanı birləşdirən əsas istiqamətlərdəndir. Azərbaycan limanlara, hava limanlarına, dəmir vəavtomobil yollarına investisiyalar yatıraraq regional yükdaşımaların inkişafı üçün infrastruktur imkanlarınıgenişləndirib. Cənab Prezident çıxışı zamanı Orta Dəhlizüzrə tranzit yükdaşımaları 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığıbarədə məlumat verdi.

Bu marşrutun əhəmiyyəti Asiya ilə Avropa arasındaəlavə nəqliyyat bağlantısı yaratmasındadır. Çıxışda qeydolunan “Rəqəmsal İpək Yolu” təşəbbüsü, o cümlədənXəzərin dibi ilə fiber-optik xətlərin inkişafı, regionunrəqəmsal bağlantılarını gücləndirmək baxımından əlavəəhəmiyyət daşıyır.

Cənab Prezident enerji sahəsinin regional əməkdaşlıqda xüsusi yer tutduğunu vurğuladı. Onunsözlərinə görə, Türkmənistan və Qazaxıstandan neftAzərbaycan ərazisi vasitəsilə nəql olunur və budaşımaların həcmi artır. Azərbaycanın tranzit imkanlarıistehsalçı ölkələrin beynəlxalq bazarlara çıxışınıgenişləndirməklə yanaşı, Xəzər regionunda iqtisadiəlaqələrin möhkəmlənməsinə də xidmət edir.

Çıxışın digər mühüm istiqaməti bərpaolunan enerjisahəsində əməkdaşlıq idi. Azərbaycan Qazaxıstan vəÖzbəkistanla yaşıl enerji dəhlizinin yaradılmasıistiqamətində birgə iş aparır. Bu cür təşəbbüslərin uğuruötürücü infrastrukturun inkişafından, texniki standartlarınuyğunlaşdırılmasından və iqtisadi cəhətdənəsaslandırılmış investisiya qərarlarından asılı olacaq. Ənənəvi enerji resurslarının nəqli ilə yaşıl enerjilayihələrinin inkişafı bir-birini tamamlayan istiqamətlərkimi regionun uzunmüddətli enerji təhlükəsizliyinə töhfəverə bilər.

Azərbaycan–Türkmənistan münasibətlərinin dinamikinkişafı da çıxışda xüsusi vurğulandı. Yüksək səviyyəliqarşılıqlı səfərlər siyasi dialoqun intensivliyini göstərir. Prezident həmçinin Türkmənistan tərəfindən Füzulidəməscidin tikintisi təşəbbüsünü xalqlar arasında dostluqvə mənəvi yaxınlığın ifadəsi kimi qeyd etdi. Bu nümunəregional münasibətlərin yalnız iqtisadi maraqlarlaməhdudlaşmadığını, humanitar əlaqələrin dətərəfdaşlığın mühüm hissəsi olduğunu göstərir.

Dövlət başçısı sülhün, təhlükəsizliyin, siyasi vəiqtisadi sabitliyin əldə olunmuş nailiyyətlərin təməliolduğunu vurğuladı. Uzunmüddətli infrastrukturlayihələri və iri investisiyalar sabit mühit, qarşılıqlıetimad və dövlətlərarası koordinasiya tələb edir. Buna görə də siyasi dialoq iqtisadi əməkdaşlıqdan ayrı deyil; əksinə, onun davamlı inkişafı üçün zəruri şərtlərdənbiridir.

Azərbaycanın 2027-ci ildə Məşvərət görüşləriformatına sədrlik edəcək olması ölkəmizə regional gündəliyin inkişafına töhfə vermək üçün əlavə imkanlaryaradır. Bu imkanların səmərəli istifadəsi birgəinvestisiya layihələrinin, nəqliyyat bağlantılarının, yaşılenerji təşəbbüslərinin və sənaye əməkdaşlığının praktiknəticələrlə möhkəmləndirilməsindən asılı olacaq.

Nemət Məmmədov,
“Ayna Sultanova küç 5” ərazi partiya təşkilatınınsədr müavini
Azərbaycan Memarlıq və İnşaat Universitetininmüəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button