GündəmSosial

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Müşavirə Keçirilib

Oktyabrın 12-də “A.M.Şərifzadə küç.204” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva iştirakçıları salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin sosial-siyasi inkişaf ritmini müəyyən edən strateji dönüş nöqtəsidir. D.Məmmədəliyeva diqqətə çatdırıb ki, dövlət başçısı cənab İlham Əliyevin qurultay dakı konseptual nitqi hər bir təhsil və səhiyyə müəssisəsinin qarşısında vacib tapşırıqlar qoyur. O vurğulayıb ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci respublikamızın aparıcı orta tibb təhsili ocaqlarından biri kimi yalnız peşəkar tibb bacıları və mütəxəssislər yetişdirməklə kifayətlənmir, həm də gənclərimizdə dərin vətənpərvərlik, dövlətə sədaqət və yüksək mənəvi dəyərlər formalaşdırır. Kollektivimiz bundan sonra da partiyanın ideoloji xəttinə uyğun olaraq tədrisin keyfiyyətinin artırılması və tibbi kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması istiqamətində bütün imkanlarını səfərbər edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənabİlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixinitqinin məzmunu, burada irəli sürülən mühümprinsiplər və ideoloji hədəflər barədə geniş nitqsöyləyib. Bəxtiyar Nəbiyev qeyd edib ki, ÜmummilliLider Heydər Əliyevin banisi olduğu Yeni AzərbaycanPartiyası ötən dövr ərzində müasir, qalib və qüdrətliAzərbaycanın qurulmasında müstəsna rol oynamışdır. Cənab Prezident İlham Əliyevin ali baş komandanlığıilə qazanılan Vətən müharibəsi Zəfəri vəsuverenliyimizin tam bərqərar olunması partiyamızınsiyasi xəttinin təntənəsi, xalq-iqtidar birliyininsarsılmaz göstəricisidir. B.Nəbiyev xüsusi olaraqdiqqətə çatdırıb ki, VIII Qurultayda müəyyənləşdirilənyeni fəaliyyət proqramı ərazi partiya təşkilatlarınınişinin yenidən qurulmasını, partiya üzvlərinin sosialfəallığının yüksəldilməsini və xüsusilə gənclərləaparılan ideoloji maarifləndirmənin daha effektivmüstəviyə keçirilməsini tələb edir. Müasir dövrdə başverən qlobal çağırışlar fonunda tibb və təhsil sahəsindəçalışan partiya fəallarının üzərinə mühüm missiyadüşür. Sağlam gələcəyin teməli məhz yüksək bilikli, cəmiyyətə faydalı və dövlətçilik ideallarına sadiq gənckadrların yetişdirilməsindən keçir. YAP Yasamal rayon təşkilatının sədri B.Nəbiyev bildirib ki, YAP Yasamalrayon təşkilatı tabeliyindəki ərazi partiya təşkilatları iləsıx təmasda olaraq cənab Prezidentin tapşırıqlarınınardıcıl icrasını təmin edəcək, elm, təhsil və səhiyyəmüəssisələrində partiya sıralarının kəmiyyət vəkeyfiyyətcə zənginləşməsinə xüsusi diqqətyetirəcəkdir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü MisirMərdanov partyanın keçdiyi zəngin mübarizəsalnaməsindən və Ulu Öndər Heydər Əliyevinxilaskarlıq missiyasından söz açıb. Misir Mərdanovvurğulayıb ki, Yeni Azərbaycan Partiyası çətinsınaqlardan keçərək bu gün cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə regionun ən böyük vəmütəşəkkil siyasi qüvvəsinə çevrilmişdir. M.Mərdanovgənc pedaqoqları və gələcəyin tibb kadrlarınıÜmummilli Liderin dövlətçilik irsini dərindənöyrənməyə, Vətənə və xalqa sədaqətlə xidmət etməyəvə partiya fəaliyyətində həmişə təşəbbüskar olmağadəvət edib.

Çıxış edənlər “A.M.Şərifzadə küç.204” ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci) ərazi partiya təşkilatın sədri Gülər Quluzadə, və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Gülər Zeynalova ərazi partiyatəşkilatının fəaliyyətindən, kollektivdəki yüksəkictimai-siyasi ruhdan və gənclərin partiya işinəmarağından danışıblar. Onlar bildiriiblər ki, cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə vətəhsil sahələrində aparılan genişmiqyaslı islahatlar, tibbkolleclərinin infrastrukturunun modernləşdirilməsi hərbir əməkdaşı daha əzmlə çalışmağa sövq edir. Çıxışedənlər YAP-ın VIII Qurultayında qarşıya qoyulanvəzifələrin yerinə yetirilməsi üçün bundan sonra dafəal möqeyə sahib olacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan PartiyasınınHimni səsləndirilib və xatirə şəkli çəkilib.

#YAPYasamal

Oxşar Xəbərlər

Back to top button