Oktyabrın 28-də “İnşaatçılar pr. 81” ünvanı üzrə (DövlətStatistika Komitəsi) ərazi partiya təşkilatında AzərbaycanRespublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədricənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindənirəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Dövlət Statistika Komitəsinin birinci müavini VahabMəmmədov, YAP Yasamal rayon təşkilatının əməkdaşları vəərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin birincimüavini Vahab Məmmədov tədbir iştirakçılarını salamlayaraqölkəmizin sosial-iqtisadi mənzərəsini dəqiq göstəricilərlə əksetdirən aparıcı dövlət qurumunda keçirilən bu görüşün vacibideoloji və strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. V.Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf kursunu müəyyənləşdirənmühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi rəsmistatistika sisteminin modernləşdirilməsi, rəqəmsal məlumatbazalarının təkmilləşdirilməsi, beynəlxalq standartlarainteqrasiya və obyektiv tahlillərin aparılması istiqamətindəKomitə kollektivinin qarşısına mühüm vəzifələr qoyur. Birincimüavin qeyd edib ki, Dövlət Statistika Komitəsinin heyəti cənabPrezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosialislahatlara hər zaman dəstək verir və partiyanın ideolojiprinsiplərinin təbliğində öz fəal mövqeyini sürdürəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı tarixi və proqram xarakterli nitqininideoloji-siyasi mahiyyəti, rəsmi statistikanın dövlət idarəçiliyivə strategiyaların hazırlanmasındakı mühüm rolu və ərazipartiya təşkilatlarının qarşısında duran hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi yüksəlişinin və tarixi Zəfərlərinin ana sütunu olmuşdur. UluÖndərin zəngin dövlətçilik təlimini uzaqgörənliklə sürdürəncənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətlidövlətə çevrilmişdir. Ölkəmizdə həyata keçirilən böyükinfrastruktur layihələri, Böyük Qayıdış proqramı və sosial-iqtisadi islahatlar məhz dəqiq elmi hesablamalara və statistiktəhlillərə söykənir. Qazanılan uğurlar partiyamızın yürütdüyüuzaqgörən siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinintəntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar dövlət idarəçiliyində və analitik strukturlarda fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni dinamika tələb edir. Müasir dövrdə məlumatların doğruluğu, rəqəmsal şəffaflıq və statistik göstəricilərin operativliyi dövləttəhlükəsizliyinin və iqtisadi planlaşdırmanın əsasşərtlərindəndir. Dövlət Statistika Komitəsinin əməkdaşları vəfəal partiya üzvləri peşəkar fəaliyyətləri ilə yanaşı, cəmiyyətdədövlətçilik təfəkkürünün, vətənpərvərlik ruhunun və partiyaideallarının təbliğində ön sıralarda olmalıdırlar. Ərazi partiyatəşkilatı gənc mütəxəssislərin partiya həyatına fəal inteqrasiyasıvə ideoloji işin təsir gücünün artırılması istiqamətindəməqsədyönlü tədbirləri ardıcıl sürdürməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Dövlət Statistika Komitəsinin ərazi partiya təşkilatı yüksək intellektual və analitik kadr potensialına malikdir. YAP Yasamal rayontəşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyistrateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcəzənginləşməsi istiqamətində Komitənin fəalları ilə sıxəməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edən “İnşaatçılar pr. 81” ünvanı üzrə (Dövlət StatistikaKomitəsi) ərazi partiya təşkilatının sədri Sevda SüleymanovaKomitədə aparılan rəqəmsallaşma proqramları, statistikməlumatların toplanması və emalında tətbiq edilən müasirmetodologiyalar, eləcə də ərazi partiya təşkilatının təşkilati-ideoloji işləri haqqında məlumat verib. S.Süleymanovavurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi iləölkədə həyata keçirilən genişmiqyaslı islahatlar hər bir əməkdaşıdaha məsuliyyətlə çalışmağa həvəsləndirir. O, YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyətlərində rəhbərtutacaqlarını və partiya ideallarının təbliğində fəal iştirakedəcəklərini bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.















