AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Özbəkistan qlobal miqyasda mövcud olan bütün çağırışlara cavab verir

Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Siyasi müstəvidə əldə olunan nailiyyətlər, xüsusən də 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti müsahibənin əsas xətlərindən biridir.

Prezident İlham Əliyev bu institusional mexanizmin uzunmüddətli əməkdaşlıq hədəflərimizin gerçəkləşməsində mühüm rol oynadığını bildirmişdir. İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir. Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir.

Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır. Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir. Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən gələcəyinin ən etibarlı təminatçısıdır.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button