
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam XəbərAgentliyinə verdiyi müsahibə Azərbaycan Respublikasının xarici siyasətinin əsasistiqamətlərini, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi vəVyetnamla əlaqələrin inkişaf perspektivlərini əhatə edən mühüm siyasi hadisə kimidiqqət çəkir. Dövlət başçısı müsahibəsində iki ölkə arasında formalaşmış tarixidostluq münasibətlərinə, qarşılıqlı etimada və əməkdaşlığın genişləndirilməsiimkanlarına ətraflı toxunmuşdur. Bu müsahibə Azərbaycan-Vyetnammünasibətlərinin keçmişinə nəzər salmaqla yanaşı, gələcək tərəfdaşlığınprioritetlərini də aydın şəkildə ortaya qoyur.
Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin təməli uzun illər əvvəlqoyulmuşdur. 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıyasəfəri bu münasibətlərin tarixində mühüm mərhələ olmuşdur. 1983-cü ildə isəHeydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfliəlaqələrin inkişafına yeni təkan vermişdir. Prezident İlham Əliyev müsahibəsindəbu tarixi məqamları xatırladaraq xalqlarımız arasında mövcud olan dostluğunmöhkəm tarixi əsaslara söykəndiyini vurğulamışdır. Bu münasibətlərinformalaşmasında hər iki xalqın görkəmli rəhbərlərinin xidmətləri xüsusi qeydolunmuşdur.
Müsahibədə siyasi dialoqla yanaşı, iqtisadi-ticarət əməkdaşlığınıngenişləndirilməsi məsələlərinə də geniş yer ayrılmışdır. Dövlət başçısının qeydetdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötmüşdür. Bununla belə, mövcud göstəricilər tərəfdaşlığın real potensialını tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsi üçün genişimkanlar mövcuddur. Xüsusilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəkimövqeyi Vyetnam mallarının Avropa bazarlarına çatdırılmasında mühüm roloynaya bilər.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xaricisiyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlaraəsaslanan münasibətlərə xüsusi əhəmiyyət verir. Humanitar, təhsil və mədəniyyətsahələrində həyata keçirilən təşəbbüslər iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Dövlət başçısının Vyetnama gözlənilən rəsmi səfərlə bağlı ifadə etdiyi fikirlər dəmünasibətlərin yeni mərhələyə qədəm qoyacağına dair gözləntiləri əks etdirir. Bu müsahibə Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlıqimkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aytəkin Rəsulova,
YAP Xəzər rayon təşkilatının fəalı



