AnalitikaDünyaGündəmSiyasət

Bakı və Daşkəndin Strateji Baxışı: Siyasi Dialoq, ‘Yaşıl Dəhliz’ və Regional Güc

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə son müsahibəsi strateji tərəfdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Dövlət başçısı bu münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində formalaşaraq sarsılmaz qüvvəyə çevrildiyini qeyd etmişdır.

Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir.

İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır.

Nəqliyyat və logistika imkanları barədə fikirlərini bölüşən Prezident İlham Əliyev ÇinQırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasına diqqət çəkib. Eyni zamanda, ‘Yaşıl Dəhliz Birliyi’nin yaradılması bərpaolunan enerjinin Xəzər vasitəsilə ixracı üçün böyük üfüqlər açır.

Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət

Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə

regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.

Əhməd Talıbov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button