Dünya
Çavuşoğlu hindistanlı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.
Aktualinfo.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter hesabında paylaşım edib:
“G20 xarici işlər nazirlərinin görüşü üçün gəldiyimiz Yeni Dehlidə ilk görüşümüzü hindistanlı həmkarımla keçirdik. “#Dostoperasyonu” adı altında ölkəmizə verdikləri kömək və humanitar dəstəyə görə onlara təşəkkür etdik”.
