AnalitikaGündəmSiyasət

Cəbrayıl səhiyyəsi: qayıdışın insan mərkəzli modeli

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə sisteminin yenidən qurulması Böyük Qayıdışın əsas sosial istiqamətlərindəndir. İnsanların doğma yurda qayıtması ilə onların tibbi xidmətlərə çıxışının təmin edilməsi arasında birbaşa əlaqə mövcuddur.

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi bu baxımdan mühüm layihədir. 2026-cı il mayın 9-da yayılan rəsmi məlumatda 150 çarpayılıq xəstəxana kompleksində terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, reanimasiya və digər şöbələrin nəzərdə tutulduğu bildirilib.

Xəstəxananın tərkibində poliklinika, diaqnostika, laboratoriya, fizioterapiya və tibbi bərpa bölmələrinin yaradılması səhiyyə xidmətlərinin yalnız təcili tibbi yardımla məhdudlaşmayacağını göstərir. Bu, şəhərdə tamhüquqlu sosial xidmət sisteminin formalaşdırılmasına yönəlmiş yanaşmadır

Səhiyyə infrastrukturu həm də əhalinin qayıdış qərarına təsir edən mühüm sosial amillərdəndir. Ailə üçün yaşayış yerinin seçilməsində məktəb, xəstəxana, kommunal xidmətlər və məşğulluq imkanları birlikdə nəzərə alınır.

Cəbrayıl xəstəxanası bu mənada yeni şəhərin sosial infrastrukturunun əsas komponentlərindən biridir. Yaşayış məhəllələrinin yaradılması ilə səhiyyə sisteminin qurulması paralel getdikdə qayıdış prosesi daha geniş sosial məzmun qazanır.

Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button