AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Dünya Azərbaycanlılarının Zəfər Coşğusu: Şuşanın Azadlığı

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri təkcə ölkə daxilində deyil, dünyanın dörd bir yanında yaşayan milyonlarla azərbaycanlı tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Diaspor təşkilatları və xaricdəki soydaşlarımız bu tarixi günü böyük coşğu ilə qeyd etdilər.

Vətən müharibəsi günlərində dünya azərbaycanlıları informasiya cəbhəsində fəal mübarizə apararaq Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. Şuşanın azad olunması isə bu birliyin və vətənpərvərliyin ən böyük mükafatı oldu.

Bu zəfər xaricdə yaşayan soydaşlarımızın milli özünüdərkini daha da gücləndirdi, onların tarixi Vətənə bağlılığını möhkəmləndirdi. Şuşanın azadlığından sonra dünya azərbaycanlılarının Şuşada keçirilən Qurultayı bu birliyin əbədi rəmzinə çevrildi.

Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı azad Şuşa ilə fəxr edir və bu müqəddəs şəhərin dirçəlişinə öz töhfəsini verməyə çalışır.

Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button