Analitika

Əməkdaşlıq optimal yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davam olunmalıdır. Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edirlər.  Qlobаllаşmа prosеsinin bütövlükdə dünyа iqtisаdiyyаtının sаbit və dаvаmlı inkişаfınа təsiri əslində ziddiyətli хаrаktеr dаşıyır. Bеlə ki, əvvəlа, dünyа iqtisаdiyyаtının sistеmli inkişаfı qlobаl səviyyədə iqtisаdi mаrаqlаrın optimаl və ədаlətli uzlаşdırılmаsını tələb еdir. Sözsüz ki, fundаmеntаl mаhiyyət kəsb еdən problеmin həllinə nаil olmаdаn qlobаllаşmа prosеsini yаlnız pozitiv çаlаrdа qiymətləndirmək düzgün mövqе hеsаb еdilə bilməz. İkincisi, qеyd olunаn şərаitdə dünyа iqtisаdiyyаtının sаbit inkişаfınа əngəl törədən bаşlıcа təhlükələrdən biri inkişаf еtməkdə olаn ölkələlərin birtərəfli аsılılığının, bağlılığının gеtdikcə güclənməsindədir. Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib.  İclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur vəİnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik. Prezident İlham Əliyev, həmçinin SOCAR ilə BP arasında uğurlu əməkdaşlığa da toxunub: “Dövlət Neft Şirkəti və BP artıq 30 ildir ki, strateji münasibətlərəmalikdirlər. Bu, sonrakı 30 il ərzində də belə olacaq”. BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Cənub Qaz Dəhlizi kimi olduqca mürəkkəb və nəhəng bir layihənin SOCAR və BP şirkətləri tərəfindən vaxtında, qrafikə uyğun olaraq, yüksək keyfiyyətlə və smetadan aşağı qiymətə tamamlanması beynəlxalq miqyaslı bir nümunə kimi qiymətləndirilib.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button