Gənclər üçün bu günü əlamətdar edən onun mahiyyətindəki müstəqil gənclik ideyasıdır

Məlum olduğu kimi, 90-cı illərin əvvələrindəki epoxada digər sahələrlə yanaşı ölkədə gənclər siyasəti də düzgün istiqamətdə aparılmırdı. Bunun nəticəsində gənclik müxtəlif zərərli mənəvi-siyasi təsirlərə məruz qalmışdı. Kortəbii formada döyüşlərə aparılır, müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilirdi. Belə bir zamanda Ümumilli Lider Azərbaycanı xilas etməklə həm də gəncliyi xilas etdi. Sözün əsl mənasında dövrün gəncliyinin taleyi dəyişdi.
Ümumiyyətlə gəncliyi güclü edən onun sağlam fikirlər əsasında təşkilatlanmasıdır, düzgün ideya ətrafında birləşməsidir. Məhz buna görə Ulu Öndərimiz Azərbaycan gəncliyinin təşkilatlanmasını qarşıdakı əsas vəzifə kimi görürdü. Bu səbəbdəndir ki, bu gün gənclər günü kimi qeyd edilir.
Azərbaycanda gənclər siyasəti də bu ideya üzərində qurulmuşdur- sağlam düşüncə ətrafında azad ruhlu gənlik yaratmaq ideyası. Şübhəsiz ki, bu siyasət öz nəticəsini verdi. Bu gün Azərbaycan gəncliyinin taleyüklü məqamlarda sərgilədiyi davranış bunu sübut edir. Bunun ən böyük örnəyi Vətən Müharibəsi idi. Vətənpərvər gənclik Ali Baş Komandanın çağırışı ilə ayağa qalxdı və 44 günə tarix yazdı. Cənab prezidentin də dediyi kimi o gənclik son 20 ildə məhz onun hakimiyyəti dövründə yetişən gənclik idi. Bu gənclik hər iki cəbhədə sədaqətlə döyüşdü. Bir əlində silah bir əlində qələmlə !
Azərbaycan gəncliyinin gücünü görmək üçün bu gün də son 51 gündə gənclərin Xankəndi-Laçın yolundakı aksiyada əzm və iradə göstərməsinə baxmaq kifəyət edir. Sərvətlərimizin talanmasına etiraz olaraq onlarla gənc könüllü şəkildə o yolda bu gün də aksiyanı davam etdirir. Aksiyanın ilk günlərindən biz də dostlarımızla bu şərəfli işdə iştirak etdik. Şuşanın soyuq təbiəti var, hətta biz ora gedəndə hava qarlı idi, amma bütün bunlara rəğmən biz Azərbaycan gəncliyinin gücünü göstərdik. Sübut etdik ki, biz milli maraqlarımız naminə istənilən mübarizənin iştirakçısı olmağa hazırıq. Sübut etdik ki, bizi apardığımız mübarizədə heç nə qorxuda bilməz və bizim hər birimiz cənab prezidentin milli maraqlarımız üçün çalışdığı bir vaxtda onun yanındayıq, onun ətrafında birləşmişik. Biz Azərbaycan gəncliyi olaraq dövlətçilik maraqlarını ən ali dəyərlər kimi qəbul etmişik.
Bu gün biz xoşbətik ki, sağlam iradəyə sahib gənclik daxilimizdəki təxribatçı qrupların yox, dövlətin və onun müzəffər rəhbərinin ətrafında birləşib. Və öz intellektual-mədəni potensialını dövlətimizi daha da güclü görmək üçün sərf edir və bunun nəticəsində gənclərə böyük etimad göstərilir. Son illərdə bütünlükdə idarəetmə sisteminin gəncləşməsi bunun nümunəsidir. Bu gün Azərbaycan gəncliyi ölkəmizi hər yerdə uğurla təmsil etməyə qadirdir və bunu edir.
Sonda isə bildirmək istəyirəm ki, gənclik bir yaş dövrü deyil, gənclik düşüncə tərzidir. Gücümüzü düşüncə tərzimizlə göstərməliyik.
Yaşasın müstəqil ruhlu Azərbaycan gəncliyi !
Yaşasın Azərbaycan !
Əli Babazadə,
YAP-ın gənc fəalı