AnalitikaGündəmSiyasət

İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Yeni Azərbaycan Partiyasının VIII QurultayıAzərbaycanın müasir siyasi tarixində mühümmərhələni ifadə edən əlamətdar hadisə kimi yaddaqalır. Bu qurultayın ən mühüm xüsusiyyəti onunAzərbaycanın ərazi bütövlüyünü və suverenliyini tambərpa etdiyi yeni reallıq şəraitində keçirilməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, YAP tarixində ilk dəfə baş verən hadisədir. 2020-ci il 8 Noyabr Zəfəri və 2023-cü il 20 Sentyabr hadisələriAzərbaycan tarixində yeni səhifə açaraq ölkəmizinbütün ərazilərində dövlət suverenliyinin təminolunmasına gətirib çıxardı. Beləliklə, illər boyuxalqımızın qəlbində yaşatdığı böyük arzu reallığaçevrildi, üçrəngli bayrağımız ölkəmizin bütünərazilərində dalğalanmağa başladı.

  Bu tarixi nəticəyə aparan yol uzun və mürəkkəbolmuşdur. Azərbaycan 30 ildən artıq müddətdə işğalfaktı ilə üz-üzə qalsa da, dövlətimizin ardıcıl siyasəti, xalqımızın milli həmrəyliyi və Ordumuzun gücünəticəsində qarşıya qoyulan əsas məqsədə nail olundu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılanZəfər Azərbaycanın hərbi gücünü və siyasi iradəsinibütün dünyaya nümayiş etdirdi. 2023-cü ilinsentyabrında keçirilən antiterror tədbirləri isəölkəmizin suverenliyinin tam bərpasını təmin etdi. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu nəticəyə gedən yolda Azərbaycan həm siyasi, həmdiplomatik, həm də hərbi müstəvidə ciddimüqavimətlərlə üzləşmiş, lakin xalqın vahid mövqeyivə dövlətin qətiyyətli siyasəti qarşıya çıxan maneələrindəf edilməsinə imkan vermişdir.

  VIII Qurultay məhz bu tarixi nailiyyətlərin fonundayeni mərhələnin başlanğıcını ifadə edir. Artıq qarşıdaduran vəzifələr yalnız qələbəni qorumaqlaməhdudlaşmır; yeni reallıqlar şəraitində güclü dövlətindaha da inkişaf etdirilməsi, iqtisadi və hərbi potensialınartırılması, milli həmrəyliyin möhkəmləndirilməsi vəAzərbaycanın beynəlxalq mövqelərinin daha dagücləndirilməsi kimi məsələlər xüsusi əhəmiyyətdaşıyır. Qurultayın keçirildiyi bu tarixi məqamkeçmişin qürurunu gələcəyin məsuliyyəti ilə birləşdirir. Bu baxımdan VIII Qurultay yalnız bir siyasi tədbirdeyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinitam bərpa etmiş dövlət kimi yeni mərhələyə qədəmqoymasının mühüm siyasi göstəricisidir.

Kamil Əliyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button