AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Milli birlik – Azərbaycan Zəfərinin mənəvi təməli

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas amillərindən biri milli birlik və həmrəylik oldu. Müharibə günlərində cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında dayandı. Bu birlik xalqımızın Vətənə bağlılığını və milli iradəsini nümayiş etdirdi.

Azərbaycan xalqı tarix boyu ağır sınaqlardan keçsə də, milli maraqlar naminə birləşmək bacarığını qoruyub saxlamışdır. 44 günlük Vətən müharibəsi zamanı bu xüsusiyyət bir daha özünü göstərdi. İnsanlar cəbhədə döyüşən əsgərlərə mənəvi dəstək verir, şəhid ailələrinin yanında olur, müxtəlif xeyriyyə və yardım təşəbbüslərində iştirak edirdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi xalqın orduya inamını və qələbə əzmini daha da gücləndirdi. Dövlət başçısının müraciətləri və çıxışları cəmiyyətdə ruh yüksəkliyinin qorunmasına, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasına xidmət edirdi. Xalqın dövlətinə və ordusuna inamı tarixi Qələbənin mühüm mənəvi dayağı oldu.

Milli birlik yalnız müharibə dövründə deyil, sülh və quruculuq mərhələsində də vacibdir. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın həyata keçirilməsi və ölkəmizin iqtisadi inkişafı ümumi səylər tələb edir. Hər bir vətəndaş öz fəaliyyəti ilə dövlətimizin güclənməsinə töhfə verməlidir.

Zəfər Günü xalqımızın birlik və həmrəylik ruhunun təntənəsidir. Bu birlik qorunduqca Azərbaycan daha da güclənəcək, qarşıya qoyduğu məqsədlərə inamla çatacaq. Milli həmrəylik dövlətimizin ən böyük sərvətlərindən biri olaraq gələcək nəsillərə ötürülməlidir.

Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button