Sosial
Nazir generalı yeni vəzifəyə təyin etdi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.
Aktualinfo.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov gətirilib.
Qeyd edək ki, S.Səfərov buna qədər Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.
Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.
Qeyd edək ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əvvəlki rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.