Analitika

Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır

Martın 10-u 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq məclis iştirakçılarını salamlayıb, onlara Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını yaradıcı surətdə davam etdirdiyinizə və Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyətlərinə görə dərin təşəkkur edərək,

Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadəyə nəsib olmuşdur. İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi. Deputatları, Milli Məclisə seçilməkləri münasibətilə təbrik etdi: Parlament fəaliyyətində sizin hər birinizə böyük uğurlar, cansağlığı arzulayıram. Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, yeni çağırış Milli Məclisin ilk iclasında Milli Məclisə seçilmiş deputatların siyahısı oxunuldu.

Daha sonra Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında çıxış edərək,ilk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib. Beşinci çağırış Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynamışlar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirmişdir. Əminəm ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyini söyləmişdir.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik – əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə də bütün siyasi qurumların nümayəndələrini bu sahədə də çox diqqətli olmalarını tapşırıb.

Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. Xocalı soyqırımı haqqında. Artıq 10-dan çox ölkənin parlamenti bunu rəsmən tanıyıb. Bu proses davam etdirilməlidir və deputatlar bu prosesdə fəal olmalıdırlar. 

Ermənistan tərəfinin çox yersiz, yalançı, cılız cəhdləri Münxen Təhlükəsizlik Konfransında özünü göstərdi və bir daha onları ifşa etdi. Çünki onların bütün tarixi saxtakarlıqdır. Onlar tarixi Azərbaycan torpağında dövlət qurublar, əfsuslar olsun ki, bizim Azərbaycan Xalq Cümhuriyyətinin köməyi ilə. İndi bütün tarixi adlarımızı dəyişdirib bizim tariximizi, abidələrimizi özününküləşdirmək istəyirlər. Ona görə deputatlardan daim bu məsələni qaldırmalarını söyləyib.

Prezident deputatlara seçildikləri dairələrdə fəal olmalarını və seçicilərlə daim təmasda olmalarını tapşırıb. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olması , həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları Prezident İlham Əliyev andiçmə mərasimində, bəyan etmişdi. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bununla bərabər Azərbaycanı müasir dövlət kimi də gücləndirməyi, milli dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazasının olmasını da ön planda olduğunu vurğulayıb.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button