GündəmSiyasət

Sarıcalı ərazi partiya təşkilatında VIII Qurultayda irəli sürülən vəzifələr müzakirə edilib

YAP Tərtər rayon təşkilatının Sarıcalı ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Sarıcalı ərazi partiya təşkilatının sədri Vəsilə Mehdiyeva və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və ölkəmizin qarşısında duran strateji hədəflərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın əldə etdiyi nailiyyətləri, qarşıya qoyulan yeni vəzifələri və dövlət siyasətinin əsas istiqamətlərini əhatə edir.

Eldar Əsədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, milli maraqlarının qorunması və ərazi bütövlüyünün tam bərpası dövlətimizin qüdrətinin bariz göstəricisidir. Bu nailiyyətlərin möhkəmləndirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin, o cümlədən partiya üzvlərinin üzərinə mühüm vəzifələr düşür.

Sarıcalı ərazi partiya təşkilatının sədri Vəsilə Mehdiyeva çıxışında rayonun və kəndin inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşlarla işin gücləndirilməsi və partiya üzvlərinin ictimai fəallığının artırılması məsələlərinə toxunub. O bildirib ki, ərazi partiya təşkilatları dövlət siyasətinin mahiyyətinin əhali arasında izah olunmasında, milli-mənəvi dəyərlərin qorunmasında və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. V.Mehdiyeva qeyd edib ki, partiya üzvləri öz fəaliyyətlərində məsuliyyət, təşəbbüskarlıq və vətəndaşlara diqqət prinsiplərini əsas tutmalı, əhalini maraqlandıran məsələlərin öyrənilməsinə və onların həlli istiqamətində müvafiq təşəbbüslərin irəli sürülməsinə çalışmalıdırlar. O, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının dəstəklənməsinin və partiyanın qarşıya qoyduğu vəzifələrin ardıcıl həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Eldar Əsədov, həmçinin ideoloji təhlükəsizliyin qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə maarifləndirmə işinin gücləndirilməsi, milli tariximizin və dövlətçilik ənənələrimizin təbliği, eləcə də cəmiyyətin zərərli informasiya təsirlərindən qorunması xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, əhali ilə əlaqələrin möhkəmləndirilməsi və dövlətçilik ideyalarının təbliği istiqamətində görüləcək işlər müzakirə olunub.

Sonda qeyd edilib ki, Sarıcalı ərazi partiya təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının məqsəd və prinsiplərinə uyğun quraraq dövlət siyasətinin təbliği, milli həmrəyliyin gücləndirilməsi və rayonun ictimai həyatında fəal iştirak istiqamətində fəaliyyətini davam etdirəcək.

Oxşar Xəbərlər

Back to top button