GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn ideoloji istiqamətlər müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 69” ünvanında yerləşən ərazi partiya təşkilatında 251 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 251 saylı tam orta məktəbin direktoru Elçin Abdullayev və məktəbin müəllimləri iştirak ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ideoloji əsaslarının gənc nəslə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi məsələlərinə diqqət yetirilib. Vurğulanıb ki, təhsil müəssisələrində ideoloji işin sistemli təşkili, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların müstəqil Azərbaycanın tarixinə, dövlət rəmzlərinə və milli irsinə hörmət ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində təhsil işçilərinin üzərinə mühüm məsuliyyət düşür. Gənclər arasında milli həmrəyliyin, dövlətə sədaqətin və vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi, ideoloji maarifləndirmə işinin genişləndirilməsi, eləcə də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin mahiyyətinin gənc nəslə izah olunması diqqət mərkəzində saxlanılmalıdır.

Oxşar Xəbərlər

Back to top button