AnalitikaDünyaGündəmSiyasət

Orta Dəhliz layihəsi Azərbaycan və Özbəkistanın birgə tranzit potensialını daha da gücləndirir

Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir.

Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir. Prezident İlham Əliyev ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikasını yüksək qiymətləndirib. Füzulidə ‘Dostluq bağı’nın salınması, ‘Chevrolet’ və ‘Isuzu’ avtomobillərinin birgə istehsalı kimi addımlar ikitərəfli iqtisadi layihələrin nə qədər uğurlu olduğunu təsdiqləyir.

Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır. Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button