AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət kursunu qətiyyətlə davam etdirir

Müstəqil xarici siyasət dövlətin suverenliyinin qorunması, milli maraqlarının müdafiəsi və beynəlxalq münasibətlərdə özünəməxsus mövqeyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyə hörmət prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü həmin prinsiplərin beynəlxalq səviyyədə ifadəsi üçün mühüm platforma oldu.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini diqqətə çatdıraraq dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini vurğuladı. Dövlət başçısının mövqeyinə görə, beynəlxalq münasibətlər sistemində ayrı-seçkilik və ikili standartlar əvəzinə vahid hüquqi yanaşma üstünlük təşkil etməlidir. Bu yanaşma dövlətlərin bərabərliyinin qorunması və münaqişələrin ədalətli həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın müxtəlif ölkələrlə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı müstəqil xarici siyasətin praktik nəticələrini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm ikitərəfli münasibətləri inkişaf etdirir, həm də çoxtərəfli platformalarda fəal iştirak edir. Bu fəaliyyət Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir və Avrasiya məkanında əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

AQEM-in Bakı Zirvə Görüşü müstəqil siyasətin çoxtərəfli diplomatiya ilə uzlaşdırılmasının əhəmiyyətini də nümayiş etdirdi. Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsi, yeni üzvlərin cəlb olunması və müxtəlif sahələrdə əməkdaşlığın təşviqi prioritet istiqamətlərdən olub. Laos Xalq Demokratik Respublikasının təşkilata qoşulması bu prosesin konkret nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə öz mövqeyini milli maraqlar, suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında müəyyənləşdirir. Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər ölkəmizin dünya dövlətləri ilə konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha göstərdi. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və regionda uzunmüddətli sabitliyin təşviqinə xidmət edir.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button