AnalitikaDünyaGündəmSiyasət

Qarabağın Gələcəyi və Beynəlxalq Tərəfdaşlıq Platforması

Şuşada səsləndirilən bəyanatlar Qarabağın yenidən qurulmasının təkcə milli məsələ deyil, həm də beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini təsdiq edir. Slovakiya şirkətinin Ağdamın Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsini icra etməsi bu prosesin ən gözəl örnəyidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə yaradılan əlverişli investisiya mühiti, Slovakiya kimi dost Avropa dövlətlərini də bu quruculuq missiyasına cəlb edib. Bu, göstərir ki, xarici tərəfdaşlarımız ölkəmizin sabitliyinə və gücünə tam etibar edirlər.

Slovakiya rəhbərliyinin Azərbaycanın apardığı bərpa işlərinə dəstək verməsi beynəlxalq ictimaiyyətə bir mesajdır. Qarabağ sülh, texnologiya və dostluq mərkəzi kimi yenidən doğulur və bu inkişafda dost dövlətlərin imzası qürurla yaşayacaqdır.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button