
Siyasi partiyaların qurultayları yalnız təşkilatiməsələlərin müzakirə edildiyi toplantılar deyil. Belətədbirlər həm də siyasi təşkilatların keçdikləri yolanəzər saldıqları, mövcud reallıqları qiymətləndirdiklərivə gələcəyə dair baxışlarını müəyyənləşdirdiklərimühüm siyasi platformadır. Bu baxımdan, 2 oktyabr2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasihəyatında xüsusi əhəmiyyət daşıyan hadisələrdən birikimi qiymətləndirilə bilər.
Qurultayın keçirildiyi dövr onun mahiyyətini daha daəhəmiyyətli edir. Azərbaycan son illərdə tarixinin ənmühüm siyasi və hərbi nəticələrindən birinə nail olaraqərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Belə bir mərhələdə YAP-ın VIII Qurultayının gündəliyidə təbii olaraq əvvəlki illərdən fərqli məzmun qazanır. Artıq söhbət yalnız qarşıya qoyulmuş milli məqsədlərəçatmaqdan deyil, əldə edilmiş nəticələrinqorunmasından, ölkənin yeni inkişaf mərhələsininformalaşdırılmasından və Azərbaycanın qarşısındadayanan uzunmüddətli vəzifələrdən gedir.
Yeni Azərbaycan Partiyasının siyasi tarixində buməqam xüsusi yer tutur. 1992-ci ildə yaradılan YAP Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəninmürəkkəb ictimai-siyasi şəraitindən keçərəkformalaşıb. Partiyanın sonrakı fəaliyyəti isədövlətçilik, siyasi sabitlik və sosial-iqtisadi inkişafistiqamətləri ilə sıx bağlı olub. Bu baxımdan, partiyanın qurultayları həm YAP-ın öz inkişafmərhələlərini, həm də ölkənin keçdiyi siyasi yolumüəyyən mənada əks etdirir.
VIII Qurultay da məhz belə bir siyasi ardıcıllığınnövbəti mərhələsidir.
Azərbaycan cəmiyyətində baş verən sosial, iqtisadi vəsiyasi dəyişikliklər də siyasi partiyaların qarşısındayeni tələblər yaradır.
YAP-ın VIII Qurultayında diqqət çəkən əsas məqamməhz bu yeni mərhələyə baxışdır.
Azərbaycan artıq ərazi bütövlüyünün və suverenliyininbərpa olunduğu yeni tarixi mərhələyə daxil olub. Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmin ərazilərəhəyatın qaytarılması, iqtisadi imkanlarıngenişləndirilməsi və regionun ölkənin ümumi inkişafsisteminə inteqrasiyası qarşıdakı illərin mühümvəzifələrindəndir.
Bu proses isə yalnız infrastruktur layihələri iləməhdudlaşmır. Qarşıda yeni sosial, iqtisadi, demoqrafik və humanitar çağırışlar dayanır. Deməli, Azərbaycanın postmünaqişə mərhələsində inkişafı həmdövlət idarəçiliyi, həm də cəmiyyətin bütün institutlarıqarşısında yeni məsuliyyət yaradır.
YAP-ın qurultayında səsləndirilən fikirləri də bukontekstdə dəyərləndirmək lazımdır. Partiyanınqarşısında dayanan əsas vəzifələrdən biri əldə edilmişsiyasi nəticələrin dayanıqlı inkişaf modelinəçevrilməsidir.
Azərbaycanın əldə etdiyi tarixi Qələbə ölkənin siyasigündəliyində mühüm dəyişiklik yaradıb. Uzun illərərzində milli siyasətin əsas məsələlərindən biri olanərazi bütövlüyünün bərpası artıq reallığa çevrilib. İndiisə həmin Qələbənin nəticələrinin gələcək nəsillər üçünmöhkəm təmələ çevrilməsi məsələsi ön plana çıxır.
Bu baxımdan, “Qələbədən sonra nə etməli?” sualıxüsusi aktuallıq qazanır.
Cavab yalnız hərbi və siyasi sahə ilə məhdudlaşabilməz. Müasir dövlət üçün əsas məsələ əldə olunmuşsiyasi üstünlükləri iqtisadi gücə, sosial rifaha, elmi vətexnoloji inkişafa çevirməkdir. Qarabağ və ŞərqiZəngəzurun yenidən qurulması ilə yanaşı, ölkəninbütün regionlarının balanslı inkişafı, yeni iş yerlərininyaradılması, gənclərin potensialının reallaşdırılması vəinsan kapitalının gücləndirilməsi də bu mərhələnin əsasistiqamətləridir.
VIII Qurultayın əhəmiyyəti də məhz burada üzə çıxır: qurultay yalnız görülən işlərin hesabatı deyil, həm dəyeni dövrün çağırışlarına verilən siyasi cavab kimiçıxış edir.
Müasir Azərbaycanın gələcəyi haqqında danışarkəngənclər məsələsini ayrıca qeyd etmək zəruridir. Çünkiyeni mərhələdə ölkənin qarşısında dayanan vəzifələrinəhəmiyyətli hissəsi məhz gənc nəslin bilik vəbacarıqları hesabına həyata
keçiriləcək.
Əgər əvvəlki mərhələdə əsas hədəflərdən birimüstəqilliyin qorunması və ərazi bütövlüyünün təminedilməsi idisə, bu gün qarşıda daha mürəkkəb vəçoxşaxəli məqsədlər dayanır. Süni intellekt, rəqəmsallaşma, innovasiya, elm, yeni texnologiyalar vəmüasir iqtisadiyyat kimi anlayışlar artıq gələcəyindeyil, bu günün reallığıdır.
Belə bir şəraitdə gənclərin siyasi, ictimai və iqtisadiproseslərdə fəal iştirakı strateji əhəmiyyət daşıyır.
YAP-ın gənclərlə bağlı fəaliyyətinin də bu baxımdanyeni məzmun qazanması təbiidir. Gənclərin yalnızsiyasi proseslərin iştirakçısı deyil, həm də yeniideyaların, innovativ yanaşmaların və müasir idarəçilikdüşüncəsinin daşıyıcısı kimi çıxış etməsi qarşıdakıdövr üçün mühüm amildir.
Yeni siyasi və hüquqi reallıqlar
VIII Qurultayda YAP-ın Nizamnaməsinədəyişikliklərin edilməsi də diqqətdən kənarda qalabilməz. Siyasi təşkilatların uzunmüddətli fəaliyyətionların yalnız ideoloji xəttindən deyil, həm də təşkilatiçevikliyindən və hüquqi mexanizmlərinin müasirtələblərə uyğunluğundan asılıdır. Yeni siyasi və hüquqi reallıqlar partiyaların fəaliyyət mexanizmlərinin də yenilənməsini zəruri edir. Bu baxımdan Nizamnaməyəedilən dəyişiklikləri sadəcə texniki yenilik kimiqiymətləndirmək düzgün olmazdı. Burada əsas məsələsiyasi təşkilatın yeni dövrün şərtlərinə uyğun fəaliyyətgöstərməsi üçün institusional bazanınmöhkəmləndirilməsidir.Yeni İdarə Heyətinin və TəftişKomissiyasının seçilməsi də bu təşkilati yenilənmənintərkib hissəsidir.
Siyasi partiya üçün rəhbər strukturlarınformalaşdırılması yalnız vəzifələrin bölüşdürülməsideyil. Bu, eyni zamanda qarşıdakı dövr üçünməsuliyyət daşıyacaq siyasi komandanınmüəyyənləşdirilməsi deməkdir. Azərbaycanın qarşısında artıq fərqli miqyasda və fərqli xarakterdə məqsədlər dayanır. Ərazi bütövlüyü məsələsinin həlliölkənin siyasi tarixində böyük dönüş nöqtəsi olduğukimi, bundan sonrakı mərhələ də inkişafın keyfiyyətgöstəriciləri ilə ölçüləcək.
Bu mərhələdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sosial siyasətingücləndirilməsi, təhsilin və elmin keyfiyyətininyüksəldilməsi, rəqəmsal transformasiya və insankapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.Eynizamanda, Azərbaycanın beynəlxalq münasibətlərsistemində artan rolu ölkənin siyasi partiyalarından dayeni yanaşmalar tələb edir. Xarici siyasi əlaqələringenişlənməsi, müxtəlif ölkələrin siyasi təşkilatları iləəməkdaşlıq və Azərbaycanın mövqeyinin beynəlxalqplatformalarda daha fəal müdafiəsi siyasi təşkilatlarınfəaliyyətinin mühüm istiqamətlərindən birinə çevrilir.Bu baxımdan YAP-ın VIII Qurultayında müəyyənləşdirilən istiqamətlər yalnız partiyanın daxili fəaliyyəti ilə məhdudlaşmır. Onlar Azərbaycanın ümumi siyasi və ictimai inkişaf gündəliyinin bir hissəsi kimi də nəzərdən keçirilə bilər. Partiyanın qarşısındaartıq yeni siyasi reallıqlar dayanır. Azərbaycan ərazibütövlüyünü və suverenliyini təmin edib, indi isə butarixi nəticənin üzərində daha güclü, daha müasir vədaha rəqabətqabiliyyətli dövlət quruculuğunun davametdirilməsi mərhələsinə qədəm qoyub.
Bu mərhələdə siyasi sabitliyin qorunması ilə yanaşı, cəmiyyətin dəyişən gözləntilərinə cavab vermək dəmühüm məsələdir. İnsanların rifahının yüksəldilməsi, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi, gənclərin gələcəyə inamının artırılması və vətəndaşcəmiyyətinin inkişafı siyasi gündəliyin ayrılmazhissəsinə çevrilir.
Ona görə də VIII Qurultayın əsl əhəmiyyətini yalnızorada qəbul edilən qərarlarda axtarmaq kifayət deyil. Qurultayın əsas əhəmiyyəti onun Azərbaycanın keçdiyitarixi mərhələ ilə qarşıdakı inkişaf mərhələsi arasındasiyasi bir körpü yaratmasındadır.
2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VIII QurultayıAzərbaycanın yeni tarixi mərhələyə daxil olduğu birvaxtda baş tutdu. Bu səbəbdən qurultayın gündəliyindəkeçmişin nəticələri ilə yanaşı, gələcəyin çağırışları daxüsusi yer tutdu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə başa çatan uzunmüddətli tarixi mərhələdən sonra Azərbaycan indi quruculuq, inkişaf və modernləşmə mərhələsindədir. Bu mərhələnin uğuruisə yalnız siyasi və iqtisadi göstəricilərlə deyil, cəmiyyətin rifahı, gənclərin gələcəyi, insan kapitalınınsəviyyəsi və ölkənin beynəlxalq mövqeyinin daha damöhkəmlənməsi ilə ölçüləcək.
YAP-ın VIII Qurultayı bu baxımdan bir siyasi hesabattoplantısından daha artıq məna daşıyır. O, Azərbaycanın yeni reallıqlarını nəzərə alaraq qarşıdakıdövrün prioritetlərinə baxışın ifadəsidir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri



