
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da möhkəmlənib. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, humanitar və mədəni sahələrdə də etibarlı, davamlı və qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü qeyd edib ki, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir: “Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Mədəni əlaqələrdən danışarkən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri mədəni dünya tərəfindən çox yüksək qiymətləndirilir. İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Keçən il isə Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılışının baş tutması isə bunun bariz nümunəsidir”. Prezident İlham Əliyev və Ciorcia Meloni səviyyəsində keçirilən görüşlər göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yeni mərhələyə daxil olur. Bu, enerji əməkdaşlığından çoxşaxəli strateji tərəfdaşlığa doğru gedən əlaqələrdir. Əsas nəticə ondan ibarətdir ki, İtaliyanın Qarabağda iştirakı ikinci dərəcəli məsələ deyil, baş verən dəyişikliklərin əsas indikatorudur. Roma iqtisadi vasitələrlə regionda siyasi mövcudluğunu möhkəmləndirir, yeni reallığı qəbul edir və Azərbaycanla tərəfdaşlığını daha da gücləndirir. Bu gün məhz belə bəyanatlardan çox real addımlara əsaslanan yanaşma müasir geosiyasətin əsas xüsusiyyətinə çevrilir
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



