
Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi ilə reallaşdırılan “Səyyar Gənclər Xidməti“ layihəsi28 sentyabr-2 oktyabr tarixlərində Salyanda fəaliyyətgöstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlərtəqdim edəcək.
Əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsindəformalaşdırılmış imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma istiqamətində həyatakeçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçündaha əlçatan olmasına töhfə verən layihə bu il “Gənclərlə, gənclər üçün“ devizi altında təşkil edilir.
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı olanSalyanda açılış mərasimi Azərbaycan RespublikasınınDövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazibütövlüyü və suverenliyi uğrunda şəhid olmuşqəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayıb. Açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətibaşçısının müavini, İctimai-siyasi və humanitar məsələlərşöbəsinin müdiri Rəşad Cəbrayılov və Gənclərin İnkişaf vəKaryera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərəklayihənin gənclər üçün şəxsi inkişaf və karyeraplanlamasına yönəlik imkanların genişləndirilməsi, onlarınictimai fəallığının artırılması baxımından əhəmiyyətinixüsusi vurğulayıblar.
Layihə çərçivəsində açıq hava formatında qurulan“Vətənpərvərlik“, “Təhsil və karyera“, “Rəqəmsaldüşüncə“, “Fiziki aktivlik və sağlamlıq“, “Yaradıcı gənclik“və “Əyləncə“ zonaları iştirakçıların böyük marağına səbəbolub. Gənclər həftəboyu bu zonalarda təşkil olunanvörkşoplarda, ustad dərslərində, viktorinalarda vəintellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklərəldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirməkimkanı qazanacaqlar.
Bununla yanaşı, layihə çərçivəsində Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə QarşıMübarizə üzrə Dövlət Komissiyası və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadiolaraq maarifləndirici sessiyalar, Salyan Peşə Liseyitərəfindən isə sərgi təşkil ediləcək. Peşəkarmütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı isəiştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsiinkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı mövzular ətrafındageniş fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, noyabr ayınadək ümumilikdə ölkənin 20 şəhər və rayonunu əhatə edəcək olan layihə AzərbaycanRespublikasının Gənclər Fondunun dəstəyi, Gənclərinİnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər“ İctimaiBirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.













