AnalitikaGündəmSiyasət

Şuşa Zəfəri – milli qürurumuzun zirvəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlarınmənası zaman keçdikcə daha da dərinləşir, xalqınyaddaşında əbədi yaşayır. 8 Noyabr – Zəfər Günüməhz belə müqəddəs və unudulmaz tarixlərdəndir. Bugün Azərbaycanın dövlətçilik tarixində yenimərhələnin başlanğıcı, milli qürur və ləyaqətin bərpasıkimi xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal altındaqalan torpaqlarımızın azadlığı uğrunda aparılanmübarizə xalqımızın iradəsini, əzmini və Vətənsevgisini bütün dünyaya göstərdi. Zəfər Günü hər birazərbaycanlının qəlbində qürur, sevinc və minnətdarlıqhisslərini bir araya gətirir.

Şuşa Azərbaycanın ruhudur, musiqimizin, poeziyamızın, tariximizin və mədəniyyətimizinayrılmaz parçasıdır. Bu şəhərin azad olunması hərbibaxımdan böyük strateji əhəmiyyət daşımaqla yanaşı, mənəvi baxımdan da misilsiz hadisə idi. Azərbaycanəsgərinin keçilməz dağ yollarını, sıldırım qayalarıaşaraq Şuşaya daxil olması dünya hərb tarixindəqəhrəmanlıq nümunəsi kimi yadda qaldı. Bu qələbəsübut etdi ki, Vətən sevgisi ilə döyünən ürəklərqarşısında heç bir maneə dayana bilməz. Şuşadayenidən dalğalanan Azərbaycan bayrağı xalqımızınsınmayan iradəsinin və haqq mübarizəsinin rəmzinəçevrildi.

Şuşanın azadlığı uğrunda döyüşən igidlərimizinqəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi buşəhərin hər daşında, hər küçəsində yaşayır. Onlarınfədakarlığı sayəsində illərlə həsrətində olduğumuzdoğma torpaqlarımız azadlığa qovuşdu. Bu gün Şuşadakeçirilən mədəni tədbirlər, musiqi festivalları, beynəlxalq görüşlər və dövlət səviyyəli mərasimlərşəhərin əvvəlki şöhrətinin yenidən bərpa olunduğunugöstərir. Şuşa artıq yalnız tarixi keçmişimizin deyil, həm də müasir Azərbaycanın gücünün, inkişafının vəgələcəyə yönəlmiş baxışlarının simvoludur.

Zəfər Günü bizə xatırladır ki, milli birlik, dövlətəsədaqət və Vətənə bağlılıq ən böyük gücümüzdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixiqələbə Azərbaycan xalqının öz taleyinə sahib çıxmaqəzmini nümayiş etdirdi. Şuşanın azadlığı ilə xalqımızınqəlbində illərlə yaşatdığı nisgil qürura çevrildi. Bu günhər birimiz azad Qarabağın inkişafı, ölkəmizintərəqqisi və əldə olunmuş nailiyyətlərin qorunmasınaminə üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Şuşa yaşadıqca, Azərbaycan var olduqca Zəfərimizinnuru gələcək nəsillərin yolunu işıqlandıracaq.

Aysel Quliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button