
Tarix bəzən bir günün daxilinə illərin, hətta əsrlərinmənasını sığdırır. 2020-ci il noyabrın 8-i Azərbaycan xalqı üçünməhz belə bir gündür. Həmin gün Şuşanın azad edildiyi xəbəriölkənin hər yerinə yayıldı, evlərdə, küçələrdə, dünyanınmüxtəlif ölkələrində yaşayan azərbaycanlıların qəlbində sevincvə göz yaşı bir-birinə qarışdı. Otuz ilə yaxın həsrətlə yaşamış birxalq öz qədim qalasına, mədəniyyət beşiyinə qayıtmışdı. Buqayıdış təkcə hərbi qələbə deyil, həm də milli ruhun, yaddaşınvə ədalətə inamın təntənəsi idi.
Şuşanın azadlığının dəyərini anlamaq üçün onunitirilməsinin nə demək olduğunu xatırlamaq lazımdır. 1992-ci ilmayın 8-də şəhər işğal edildi. Bu hadisə yalnız bir şəhərinitirilməsi deyildi. Azərbaycanın musiqi, ədəbiyyat vəmədəniyyət tarixində çox böyük yeri olan bir məkan əlçatmazolmuşdu. Şuşa sakinləri evlərini, ailə yadigarlarını, uşaqlıqxatirələrini geridə qoyub məcburi köçkün həyatına başladılar. Çadır şəhərciklərində, yataqxanalarda, qohum-əqrəbanınevlərində keçən illər onların yaddaşında həmişə Şuşa həsrəti iləbağlı qaldı. Hər Şuşalı doğma yurdun suyunu, havasını, bulaqlarını, küçələrini sanki hər gün təkrar-təkrar xatırlayırdı.
İşğal illərində Şuşanın tarixi-mədəni abidələrinə, məscidlərinə, muzeylərinə və yaddaş məkanlarına böyük ziyandəydi. Gövhər Ağa məscidləri baxımsız qaldı, tarixi evlərdağıdıldı, heykəllər zədələndi, şəhərin əsrlər boyu formalaşmışsimasına qəsd edildi. Lakin Şuşa xalqın yaddaşından silinmədi. Hər bayramda, hər şeir gecəsində, hər muğam məclisində o, birağrı və ümid kimi xatırlanırdı. Şəhərin adı yalnız coğrafi anlayışdeyil, həm də qayıdış arzusunun simvoluna çevrilmişdi. Şuşalıgənclər hələ heç vaxt görmədikləri şəhərin xəritəsini, küçələrinin adlarını, abidələrini öyrənir, ona dərin bağlılıq hissedirdilər.
2020-ci ilin sentyabr ayının sonunda başlanan Vətənmüharibəsi qırx dörd gün davam etdi. Bu müddət ərzindəAzərbaycan Ordusu müxtəlif istiqamətlərdə irəliləyərək bir sırarayonları və yaşayış məntəqələrini azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad olunması Şuşauğrunda döyüşlərin zəminini hazırladı. Hər azad olunan kənd, hər qaytarılan şəhər xalqın qəlbində yeni bir ümid işığıyandırırdı. Ölkədə milli birlik misli görünməmiş səviyyəyəçatdı: insanlar cəbhədə də, arxada da bir məqsəd uğrundasəfərbər oldular.
Şuşanın azad edilməsi hərbi baxımdan ən çətinəməliyyatlardan biri sayılırdı. Şəhər yüksək dağlıq ərazidəyerləşir, yaxınlaşma yolları sıldırım qayalıqlar, dərin dərələr vəsıx meşələrlə əhatələnib. Məhz buna görə də Şuşa uğrundagedən döyüşlər xüsusi cəsarət, ciddi hazırlıq və fədakarlıq tələbedirdi. Xüsusi təyinatlı bölmələr çətin relyefi aşaraq şəhərədoğru irəlilədilər və ağır döyüşlərdən sonra Şuşanı azad etdilər. Bu zəfər Azərbaycan əsgərinin qeyri-adi iradəsinin, peşəkarlığının və vətənə sədaqətinin nişanəsi oldu.
Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandanİlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu elanetdi. Bu xəbər ölkədə böyük coşğuyla qarşılandı. Lakin sevincinyanında hüznün də olduğunu unutmaq olmaz: bu qələbəşəhidlərimizin qanı bahasına əldə edilmişdi. Onların xatirəsiAzərbaycan xalqının qəlbində daim yaşayacaq, hər il noyabrın8-də isə onlara ehtiram və minnətdarlıq hissi ilə baş əyiləcək. Qazilərimizin göstərdiyi igidlik, onların bu yolda çəkdikləriəzab və məşəqqətlər xalqımızın yaddaşında həmişə şərəfli yertutacaq.
Şuşanın azad edilməsi Vətən müharibəsində həlledici dönüşnöqtəsi oldu. Şəhərin strateji mövqeyi onun nəzarətdəsaxlanmasını çox əhəmiyyətli edirdi, lakin bu qələbənin mənasıtəkcə hərbi deyildi. Şuşa Azərbaycan üçün tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpası demək idi. Beynəlxalq təşkilatların qətnamələrində Azərbaycan ərazilərininişğal altında olduğu dəfələrlə təsdiqlənmişdi, lakin bu qərarlaruzun illər icra olunmamışdı. Şuşanın azadlığı bu ədalətsizliyəson qoydu və xalqa tarixi hüququn bərpa oluna biləcəyinə inamverdi.
Noyabrın 8-i sonradan Zəfər Günü elan edildi və hər ildövlət səviyyəsində qeyd olunur. Bununla yanaşı, bu tarix Şuşaşəhəri günü kimi də anılır. Bu iki ad bir-birini tamamlayır: ZəfərGünü bütün müharibənin qələbəsini, Şuşa şəhəri günü isə həminqələbənin ən simvolik nöqtəsini xatırladır. Hər il bu gün ölkəninhər yerində şəhidlərin xatirəsi anılır, abidələrə gül dəstələriqoyulur, tədbirlər keçirilir, xalq birlik və qürur hissi ilə yenidənbu tarixi günü yaşayır.
Azadlıqdan sonra Şuşada genişmiqyaslı bərpa vəyenidənqurma işlərinə start verildi. Şəhərin baş planı hazırlandı, infrastruktur yenilənməyə başladı, yollar çəkildi, enerji və sutəminatı təşkil olundu. Tarixi abidələrin bərpası, məscidlərin, muzeylərin və mədəniyyət müəssisələrinin əsaslı təmiri aparıldı. Əsas məqsəd şəhərin tarixi simasını qoruyub saxlamaqla yanaşı, onu müasir tələblərə cavab verən bir məkana çevirmək idi. Buişdə memarlar, bərpaçılar, tarixçilər və mühəndislər birgəçalışaraq Şuşanın əsl ruhunu qorumağa çalışırlar.
2022-ci il Azərbaycanda «Şuşa İli» elan edildi. Bu, şəhərinmədəni və tarixi əhəmiyyətinə verilən yüksək qiymətin ifadəsiidi. İl ərzində Şuşada çoxsaylı mədəniyyət tədbirləri, festivallarvə konfranslar keçirildi. Şuşa Azərbaycan mədəniyyətininpaytaxtı kimi yenidən öz yerini tutdu. Xarıbülbül festivalı, Vaqifpoeziya günləri, muğam gecələri və beynəlxalq tədbirlər buşəhərin ənənəvi mədəni rolunu bərpa etdi. 2023-cü ildə isə ŞuşaİSESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu qərar şəhərin təkcə Azərbaycan üçün deyil, bütünİslam dünyası üçün əhəmiyyətli bir mədəniyyət mərkəziolduğunu təsdiqlədi.
Lakin Şuşanın əsl canlanması onun sakinlərinin geriqayıtması ilə mümkündür. «Böyük Qayıdış» proqramıçərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdaqaytarılması prosesi mərhələ-mərhələ həyata keçirilir. Şuşadailk sakinlərin məskunlaşması bu prosesin simvolik başlanğıcıoldu. Hər qayıdan ailə şəhərin yenidən həyata qayıtmasının canlısübutudur. Uzun illər köçkün həyatı yaşamış insanlar doğmaevlərinin həyətində yenidən çay içir, uşaqlarını öz atalarınındolaşdığı küçələrdə gəzdirir, gələcəyə yeni ümidlərlə baxırlar. Bu mənzərə hər bir azərbaycanlının qəlbini isidən ən əzizmənzərədir.
Şuşa bu gün yalnız bərpa olunan bir şəhər deyil, həm dəgələcəyin ideyalarının sınandığı məkandır. Burada müasirtexnologiyaların, ekoloji yanaşmaların və mədəni turizminimkanları nəzərə alınır. Eyni zamanda şəhərin tarixi ruhu, memarlıq üslubu və mədəni kodu qorunur. Bu, Şuşanın əslməqsədidir: keçmişi unutmadan gələcəyi qurmaq. Şəhərə gələnhər ziyarətçi burada həm tarixin nəfəsini, həm də yeni həyatınenerjisini hiss edir.
Şuşa şəhəri günü gənc nəsil üçün xüsusi məna daşıyır. Müharibəni görməyən, işğal dövründə doğulub böyüyən gənclərŞuşanı çox vaxt yalnız kitablardan, şeirlərdən və böyüklərinsöhbətlərindən tanıyırdı. Bu gün isə onlar Şuşaya gedə, Cıdırdüzündə dayanıb mənzərəyə baxa, qala divarlarına toxunabilirlər. Bu görüş tarix ilə bu günün qovuşması deməkdir. Hərgənc bu şəhərin tarixini öyrənməli, muğamı dinləməli, Vaqifşeirlərini oxumalı, Şuşanı təkcə turistik məkan kimi deyil, özkimliyinin bir hissəsi kimi qəbul etməlidir. Çünki irs yalnızqorunduqca və yaşadıqca yaşayır.
Noyabrın 8-i ayrılıqdan qovuşmağa, itkidən qələbəyə gedənyolun xatirəsidir. Bu gün şəhidlərimizi rəhmətlə, qazilərimiziminnətdarlıqla xatırlayırıq. Eyni zamanda Şuşanın gələcəyi üçünməsuliyyət daşıdığımızı anlayırıq. Bu şəhər bizə göstərdi ki, ənuzun həsrət də qələbə ilə, ən dərin yara da inam və birlikləsağala bilər. Şuşa azaddır, Şuşa yenidən qurulur və ŞuşaAzərbaycanın qəlbində olduğu kimi, öz doğma torpağında da əbədi yaşayacaq.
Fuad Həbibzadə,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi



