
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn “Tvente” və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyununun ikinci hissəsi başlayıb.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matçın ilk yarısında hesab açılmayıb – 0:0.
Görüşü albaniyalı baş hakimi Yucin Caya idarə edir.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.
22:05
UEFA Konfrans Liqasında Niderlandda “Tvente” və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başlayıb.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Görüşü albaniyalı baş hakim Yucin Caya idarə edir.
Komandalar arasında cavab oyunu isə avqustun 27-də Bakıda təşkil olunacaq.



