
07 noyabr 2026-cı il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Manafov Cavid Faiq oğlunun məzarı ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın məsul əməkdaşları, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Cavid Manafov Vətən müharibəsi başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanmışdır. 7 noyabr 2020-ci il tarixində şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilib.




