GündəmSiyasət

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflər ətrafında müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 328 nömrəli tam orta məktəbin direktoru Ruslan Ağamalıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, milli ideologiyanın təbliği, dövlətçilik ənənələrinin qorunması və gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan dövlətinin güclənməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik prinsiplərinin cəmiyyətdə daha geniş təşviqi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan təhsil müəssisələrinin, pedaqoji kollektivlərin və partiya üzvlərinin üzərinə xüsusi vəzifələr düşür. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onların milli kimliyə, tarixi irsə və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi diqqətə çatdırılıb.

Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ideoloji maarifləndirmə işinin sistemli şəkildə aparılması, partiya üzvlərinin ictimai fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Oxşar Xəbərlər

Back to top button