GündəmSosial

Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin Mərkəzi Kitabxanasında müşavirə keçirilib

Oktyabrın 22-də Yasamal rayonu Mərkəzi KitabxanaSistemlərinin Mərkəzi Kitabxanasında Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlhamƏliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələnməsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının məsləhətçisi VasifNəbiyev, Yasamal rayonu Mərkəzi Kitabxana Sistemlərinin MərkəziKitabxanasının direktoru Arzu Xudayarova və kitabxananınəməkdaşları iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Yasamal rayonu Mərkəzi KitabxanaSistemlərinin Mərkəzi Kitabxanasının direktoru Arzu Xudayarovabildirib ki, Yeni Azərbaycan Partiyası müasir Azərbaycandövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarınqorunmasında və ölkəmizin davamlı inkişafında mühüm rol oynayansiyasi qüvvədir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevinrəhbərliyi ilə yaradılan partiya xalqın birliyinin, siyasi sabitliyin vədövlətçilik ənənələrinin qorunmasının mühüm dayaqlarından birinəçevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın qazandığı uğurlar ölkəmizin beynəlxalq nüfuzununartmasına, iqtisadi qüdrətinin güclənməsinə və milli maraqlarınınardıcıl şəkildə müdafiəsinə xidmət edir. Qeyd olunub ki, YeniAzərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyətistiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələrindəqiqləşdirilməsi və cəmiyyət qarşısında məsuliyyətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. QurultaydaPrezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevinçıxışı Azərbaycanın siyasi, sosial-iqtisadi və ictimai həyatında başverən proseslərin təhlili, ölkənin strateji inkişaf prioritetlərininmüəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətbaşçısının nitqindən irəli gələn məsələlər hər bir partiya üzvününüzərinə mühüm vəzifələr qoyur, xüsusilə gənclərin vətənpərvərlikruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətinmaarifləndirilməsi istiqamətində səylərin artırılmasını zəruri edir. Direktor qeyd edib ki, kitabxanalar da bu prosesdə mühüm roloynayır, çünki onlar milli yaddaşın qorunması, mütaliəmədəniyyətinin inkişafı, dövlətçilik ideyalarının və zənginAzərbaycan tarixinin gənc nəslə çatdırılması üçün əhəmiyyətlimədəni-maarifləndirici mərkəzlərdir.

YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev çıxışedərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündənAzərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyimizinqorunması və xalqımızın rifahının yüksəldilməsi naminə ardıcılfəaliyyət göstərib. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi vəmüəyyənləşdirdiyi inkişaf strategiyası müasir Azərbaycanıntərəqqisinin əsasını təşkil edir, Prezident İlham Əliyevin rəhbərliyi iləbu siyasət yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davametdirilir. Vasif Nəbiyev vurğulayıb ki, Yeni Azərbaycan PartiyasınınVIII Qurultayı ölkənin siyasi həyatında mühüm hadisə olmaqlayanaşı, partiyanın qarşıdakı dövr üçün fəaliyyət prioritetlərininmüəyyənləşdirilməsi və yeni hədəflərin qarşıya qoyulmasıbaxımından xüsusi əhəmiyyətə malikdir. Qurultayda Prezident, YeniAzərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışındasəsləndirilən fikirlər Azərbaycanın müstəqil siyasətinin, millimaraqlara əsaslanan inkişaf modelinin və ölkəmizin gələcək stratejiməqsədlərinin mahiyyətini əks etdirir. Qeyd olunub ki, dövlətbaşçısının nitqindən irəli gələn məsələlərin dərindən öyrənilməsi vəonların həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyətintəşkili partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Partiyanınideoloji prinsiplərinin təbliği, gənclərin dövlətçilik ruhundayetişdirilməsi, ictimai fəallığın artırılması və milli həmrəyliyinmöhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. VasifNəbiyev əminliyini ifadə edib ki, dövlətimizin inkişafı və xalqımızınrifahı naminə görülən işlərdə Yeni Azərbaycan Partiyasının üzvləribundan sonra da fəal iştirak edəcək, Prezident İlham Əliyevinmüəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasına öz töhfələriniverəcəklər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button