Zirvələrdə Dalğalanan Bayraq: Əbədi Azadlıq

25 noyabr 2020-ci il Kəlbəcərin tarixinə qızıl hərflərlə yazılmış əbədi azadlıq günüdür. Uzun illər davam edən həsrətə, ağrı-acıya və ədalətsizliyə məhz bu gün son qoyuldu. Azərbaycan bayrağının Kəlbəcərin uca zirvələrində dalğalanması xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin gücünün təntənəsi oldu.
Bu gün Kəlbəcər artıq keçmişin kölgəsindən çıxaraq sürətli inkişaf və quruculuq yoluna qədəm qoyub. Tikilən müasir yollar, tunellər, “ağıllı” kəndlər, bərpa olunan məktəblər və doğma ocaqlarına qayıdan sakinlər bu torpağın yeni tarixini yazırlar. Hər bir addım gələcəyə olan böyük inamdan xəbər verir.
Kəlbəcərin azadlığı təkcə bir coğrafi ərazinin geri qaytarılması deyil, həm də milli ruhun, mədəniyyətin və tarixi ədalətin dirçəlişidir. Bu torpaqlar bundan sonra heç vaxt işğal üzü görməyəcək, daim sülh, əmin-amanlıq və tərəqqi içində yaşayacaqdır.
Zirvələrdə dalğalanan üçrəngli bayrağımız Kəlbəcərin əbədi azadlığının və Azərbaycanın bütövlüyünün sarsılmaz rəmzidir. Bu gözəl diyar gələcək nəsillərə azad, abad və firavan şəkildə əmanət edilir. Kəlbəcər əbədi olaraq bizimdir və bizimlə yaşayacaq!
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

