Dünya
İranın XİN rəhbəri Rusiyaya gedir

İranın xarici işləri Hüseyn Əmir Abdullahian Rusiyaya səfər edəcək.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, yanvarın 17-si Moskvada Abdullahianla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında görüş keçiriləcək.
Nazirlər görüş zamanı bir sıra məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparacaqlar.